SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hərb və sülh: "Fitch" sülh proqnozlaşdırır, ABŞ "təhlükə var" deyir

© AFP 2024 / STRINGERAzərbaycan hərbçisi, arxiv şəkli
Azərbaycan hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Abunə olmaq
Millət vəkili qeyd edir ki, sülhün tezliklə əldə olunması üçün bu prosesin iştirakçısına çevrilmiş ölkələr tərəfindən də zəruri addımların atılmasına ehtiyac var.
BAKI, 5 fevral — Sputnik. "Fitch Solutions"un Azərbaycanla bağlı proqnozunda qeyd olunur ki, 2024-cü ilin birinci yarısında Azərbaycan və Ermənistan arasında sülh sazişi əldə edilə bilər. Qeyd edilib ki, 2023-cü ilin sentyabrında Qarabağda uğurlu hərbi əməliyyatdan sonra Azərbaycan qısa və ortamüddətli perspektivdə regional təhlükəsizliyini gücləndirərək, parçalanmış separatçı region üzərində öz üstünlüyünü bərpa edib.
Bununla yanaşı ABŞ-ın Ermənistandakı səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə xəbərdarlıq edilib. Bildirilib ki, ABŞ vətəndaşlarına Ermənistan-Azərbaycan sərhədində təhlükənin yüksək olması səbəbindən bu ərazilərə getməmək tövsiyə olunur.
Həm sülh, həm də təhlükə elementləri daşıyan bu iki xəbərin regiondakı gerçəkliyi nə qədər əks etdirməsi ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb.
Millət vəkili Arzu Nağıyev hesab edir ki, il yenicə başlasa da Azərbaycanla Ermənistan arasında proseslər davam edir:

"Mən xüsusilə burada sərhədlərin delimitasiyası üzrə komissiyaların görüşünü, mina xəritələri ilə bağlı verilən açıqlamaları xatırlatmaq istərdim. Təbii ki, bura Ermənistan rəsmilərinin sülhə yanaşmalarını əks etdirən fikirləri də daxil edə bilərik. Görünən odur ki, sülh sazişinin imzalanması üçün humanist addımların atılması davam etdirilməlidir".

© Sputnik / Murad OrujovArzu Nağıyev, arxiv
Политолог Арзу Нагиев - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Arzu Nağıyev, arxiv
Millət vəkili qeyd edir ki, sülhün tezliklə əldə olunması üçün bu prosesin iştirakçısına çevrilmiş ölkələr tərəfindən də zəruri addımların atılmasına ehtiyac var:
"Biz Ermənistan rəsmilərinin öz konstitusiyalarında sülhə əngəl olan məqamlarını aradan qaldırmaq üçün təşəbbüslərini təqdir edirik. 2024-cü il bizim üçün seçkilərlə davam edir. Ölkəmizin qarşısında vacib məsələlər dayanır. Mən də hesab edirəm ki, sülh müqaviləsinin imzalanması üçün münbit şərait var".

"ABŞ-ın açıqlaması isə o qədər də ciddi hesab etmirəm. Biz bu cür açıqlamaların ənənəvi olduğunu bilirik. Çünki Azərbaycanda seçki prosesi gedir və ABŞ regionda öz siyasətini həyata keçirmək üçün bu cür açıqlamalardan istifadə edir. Azərbaycan üçün bu cür açıqlamalar təhlükə təşkil etmir", millət vəkili qeyd edib.

"Ermənistanla sülh sazişinin imzalanması rəsmi İrəvanın siyasi iradə və konstruktiv mövqe sərgiləməsindən əhəmiyyətli şəkildə asılıdır", deyən politoloq Elşən Manafov isə bildirir ki, sazişin imzalanmasını ləngidən bəzi amillər var:
"İlk olaraq bu amillərin aradan qaldırılması ətrafında tərəflər ortaq məxrəcə gəlməlidirlər. Sazişin əldə edilməsi üçün Azərbaycan tərəfi öz mövqeyini sərgiləyib, dövlət başçısı 5 məlum şərtin Ermənistan tərəfindən qəbul ediləcəyi təqdirdə tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün heç bir problemin olmayacağını açıqlayıb. Erməni tərəfinin bu şərtlərə fərqli münasibəti danışıqlar prosesini uzadır,digər tərəfdən rəsmi İrəvan imza atdığı Moskva üç tərəfli bəyənatının məlum şərtlərini Qərbdən onun mövqeyinə olan təzyiqlərlə bağlı yerinə yetirməkdən birtərəfli şəkildə imtina edir".
Politoloq Elşən Manafov - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Politoloq Elşən Manafov
Elşən Manafovun sözlərinə görə, rəsmi İrəvanın digər təklifləri-silahlara qarşılıqlı nəzarət,hücum etməmək haqqında pakt və s. əslində yalnız onun maraqlarına cavab verir:

"Zira Azərbaycana qarşı sürətlə silahlanmağa Ermənistanın kifayət qədər resurs və imkanları yoxdur, sərhədlərin qarşılıqlı şəkildə tanınmaması şəraitində hücum etməmək barədə razılıq da, yenə, Ermənistanın maraqlarına uyğundur. Hazırda Ermənistan sülh müqaviləsinin imzalanması üçün əsas problemi dövlətin konstitusiyası və dövlət müstəqilliyi barədə bəyannamədə görür, zira bu sənədlərdə Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapıb. Bu problem isə Ermənistanda konstitusiya dəyişikliklərini labüd edir ki, bu da referendumun keçirilməsi zərurərini doğurub".

Politoloq Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanda bununla bağli müzakirələrə müsbət yanaşdığını qeyd etməklə Azərbaycanla gələcək sülh müqaviləsinin imzalanması üçün dövlətin əsas qanununda Azərbaycana qarşı ərazi iddialarının ləğvinin hüquqi anlamda əhəmiyyət kəsb edəcək hadisə olacağı fikrini xatırladıb.
"Erməni tərəfi bəlli problemlərin həlli istiqamətində ardıcıl addımlar ata biləcəyi və konstruktiv mövqe sərgiləyəcəyi təqdirdə problemin həllinə tərəflərin yaxin olacağını gözləmək olar", politoloq fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İrəvana mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.02.2024
TƏHLİL
Bizim təkliflərimiz Ermənistan hökumətinin arzularından daha vacibdir - Politoloq
Xəbər lenti
0