Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bizim təkliflərimiz Ermənistan hökumətinin arzularından daha vacibdir - Politoloq

© Sputnik / Alina Starostina / Mediabanka keçidİrəvana mənzərə, arxiv şəkli
İrəvana mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
Millət vəkili hesab edir ki, Ermənistan bütün bu addımlarla bacardıqca, sülh müqaviləsindən yayınmağa çalışır.
BAKI, 2 fevral — Sputnik. Ermənistan rəsmiləri bir neçə müddətdir ki, dəyişikliklər arzularını dilə gətirirlər. Dəyişikliyə özündən başlamaq istəyən Ermənistan hökuməti ilk növbədə dövlət atributlarında qonşu dövlətlərə qarşı ərazi iddiaları elementləri daşıyan rəmzlərin dəyişdirilməsi fikrini ifadə edir. Bir müddət Konstitusiya islahatlarının zərurətindən danışan Paşinyanın ardınca Ermənistan parlamentinin spikeri Alen Simonyan himn və gerbdə dəyişikliklər edilməli olduğunu bildirib.
Simonyan Azərbaycana da söz atmağı unutmayıb və qeyd edib ki, Azərbaycan da öz Konstitusiyasında dəyişikliklər etməlidir.
Ermənistan rəsmisinin dəyişikliklər arzusu Azərbaycanda heç də məqbul hesab edilmir.
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan politoloq İlyas Hüseynov deyir ki, müharibədən sonrakı dövrdə sülh müqaviləsinin imzalanması, delimitasiya, demraksiya işlərinin davam etdirilməsi əsas gündəmi təşkil edir. Ermənistan rəsmilərinin məqsədyönlü şəkildə müxtəlif fikir yayındıran, manipulyasiya elementləri daşıyan açıqlamaları prosesə töhfə vermir:
"Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazisində formalaşdırdığı xunta rejiminə bütün dəstəyini ifadə edib. Bugünkü reallıqları gözardı edə bilməyən Ermənistan rəsmiləri mövcud vəziyyəti öz xeyirlərinə dəyişmək üçün belə açıqlamalarla çıxış edirlər. Ermənistan konstitusiyasında və digər dövlət atributlarında qonşulara iddiaların təsbit olunması təbii olaraq xoş qarşılanacaq bir hal deyil".
© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
İlyas Hüseynov - Sputnik Azərbaycan, 1920, 02.02.2024
İlyas Hüseynov
Politoloq qeyd edir ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyən bir ölkə ilk növbədə reallıqları qəbul edib, ağlabatan şeylər təklif etməlidir:
"Ermənistan Azərbaycanla şərtlə danışacaq vəziyətdə deyil. Biz Ermənistana bu ideyaların xaricdən ixrac olunduğunun yaxşı fərqindəyiq. Özünü sülhpərvər göstərmək istəyən Ermənistan hakimiyyətinin beynəlxalq ictimaiyyət üçün hazırladığı bu səhnəciklər real müstəvidə heç bir əhəmiyyətə malik deyil. Bizim konkret təkliflərimiz Ermənistan hökumətinin arzularından daha vacibdir".
"Ermənistan iqtidarı öz daxili məsələləri ilə məşğul olsa daha yaxşı olar. Azərbaycan konstitusiyasında ediləcək hər hansı bir dəyişiklik üçün erməni rəsmilərinin məsləhətlərinə ehtiyac duyulmur. Azərbaycan konstitusiyasında qonşularına qarşı ərazi iddialarının əks olunduğu müddəalar yoxdur. Əgər nə vaxtsa konstitusiya dəyişikliyi olacaqsa, bu dövlət idarəçiliyi, onun gələcəyi ilə bağlı olacaq və bunun sülh müqaviləsinə heç bir aidiyyəti olmamalıdır. Ermənistan çalışır ki, özünə qarşı ərazi iddialarının olmaması ilə bağlı bizim konstitusiyada qarantiyalar təsbit olunsun. Düşünürəm ki, buna heç bir lüzum yoxdur", politoloq fikirlərini yekunlaşdırıb.
Millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, Ermənistan öz ampluasındadır və köhnə avaz üzərində gedir:
"Ermənistan rəhbərliyi konstitusiyalarını dəyişmək barədə fikirlər bildirəndə, dünya düşündü ki, Ermənistanda sağlam düşüncə azacıq da olsa yer tutmağa başlayır. Lakin axırıncı bəyanatlar göstərir ki, dünya dəyişir, ancaq Ermənistan dəyişmir. Ermənistan qonşu ölkənin daxili işlərinə qarışmağa çalışır. Bir vaxtlar torpaqlarımız işğal altında saxlayan bir ölkənin indi qarşımızda şərtlər irəli sürməsi qəbuledilməzdir. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzərində çalışmalıdır. Bütün bu açıqlamalar Ermənistanın spekulyasiyalarıdır".
Millət vəkili hesab edir ki, Ermənistan bütün bu addımlarla bacardıqca sülh müqaviləsindən yayınmağa çalışır:
"Azərbaycan Ermənistan arasında hələ sərhəd müəyyənləşməyib. Ona görə, delimitasiya və demrakasiya işləri aparılır ki, sərhədlər müəyyənləşsin. Azərbaycan bu gün bu məsələdə hansı xəritələrdən istifadə edilməsi ilə bağlı fikir bildirməyib. Azərbaycan SSR dövründə Azərbaycan xalqının bir çox əraziləri Ermənistana verilib. Prinsip etibarilə Ermənistan bizim ərazimizdə dövlət yaratdığını heç vaxt unutmamalıdır".
Xəbər lenti
0