Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbol üzrə dünya çempionatının açılış və final matçının keçiriləcəyi yer məlum olub

© AP Photo / Seth Wenig"MetLife Stadium" arenası
MetLife Stadium arenası - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Abunə olmaq
2026-cı ildə keçiriləcək dünya çempionatına üç ölkə - Meksika, ABŞ və Kanada ev sahibliyi edəcək.
BAKI, 5 fevral — Sputnik. 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının final oyunu ABŞ-nin Nyu-Cersi ştatında yerləşən İst-Ruterford şəhərində keçiriləcək.
Xarici mətbuatın məlumatına görə, həlledici görüş iyulun 19-da "MetLife Stadium"da baş tutacaq. Final qarşılaşmasını arenanın tutumu qədər - 82,5 min tamaşaçı izləyə biləcək.
Üçüncü yer uğrunda oyun Mayamidə, 64 767 tamaşaçı tutumuna malik "Hard Rock Stadium"da keçiriləcək.
Dünya çempionatının açılış oyununda Meksika komandası meydana çıxacaq. Komanda rəqibini iyunun 11-də Mexikodakı 87 523 tamaşaçı tutumuna malik "Asteka" stadionunda sınağa çəkəcək. Turnirə ev sahibliyi edəcək ölkənin rəqibi daha sonra müəyyənləşəcək.
2026-cı ildə keçiriləcək dünya çempionatına üç ölkə - Meksika, ABŞ Kanada ev sahibliyi edəcək. Meksika üçüncü dəfədir ki, öz ərazisində belə bir turniri qəbul edəcək. Yarış buna qədər 1970 və 1986-cı illərdə keçirilib. Bu, Kanada üçün ilk Dünya Kuboku olacaq; oyunlar Vankuver və Torontoda keçiriləcək.
2026-cı il dünya çempionatı ilk dəfə 48 milli komandanın (əvvəllər 32 komanda) iştirakı ilə keçiriləcək. Turnirdə ümumilikdə 104 qarşılaşma baş tutacaq.
Hazırkı dünya çempionu Argentina millisidir.
Qeyd edək ki, DÇ-2022-nin qalibi olan Argentina millisi Qətərdəki dünya çempionatının finalında Fransa millisini məğlub edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0