https://sputnik.az/20240202/azerbaycanda-genclerin-sayi-aciqlanib-462335826.html
Azərbaycanda gənclərin sayı açıqlanıb
Azərbaycanda gənclərin sayı açıqlanıb
Sputnik Azərbaycan
Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 17,5 faiz, gənc qadınların xüsusi çəkisi isə 37,9 faiz olub. 02.02.2024, Sputnik Azərbaycan
2024-02-02T12:00+0400
2024-02-02T12:00+0400
2024-02-02T12:21+0400
gənclər
yazarlar
gənclər günü
azərbaycanda gənclər günü
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/07/434971062_0:103:2000:1228_1920x0_80_0_0_3670b6927bc3251dbfcd39765952be4c.jpg
BAKI, 2 fevral — Sputnik. Azərbaycan əhalisinin 2,3 milyon nəfərini və ya 22,7 faizini gənclər təşkil edir. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, gənclərin 52,7 faizi şəhər yerlərində, 47,3 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,3 faizini qadınlar təşkil edir. Ötən il ölkədə nikaha daxil olanların 71,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 17,5 faiz, gənc qadınların xüsusi çəkisi isə 37,9 faiz olub. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/07/434971062_114:0:1887:1330_1920x0_80_0_0_cd28168942af23df8cc5a6ca1a3cdc68.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gənclər, gənclər günü, azərbaycanda gənclər günü
gənclər, gənclər günü, azərbaycanda gənclər günü
Azərbaycanda gənclərin sayı açıqlanıb
12:00 02.02.2024 (Yenilənib: 12:21 02.02.2024) Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 17,5 faiz, gənc qadınların xüsusi çəkisi isə 37,9 faiz olub.
BAKI, 2 fevral — Sputnik. Azərbaycan əhalisinin 2,3 milyon nəfərini və ya 22,7 faizini gənclər təşkil edir.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, gənclərin 52,7 faizi şəhər yerlərində, 47,3 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,3 faizini qadınlar təşkil edir.
Ötən il ölkədə nikaha daxil olanların 71,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 17,5 faiz, gənc qadınların xüsusi çəkisi isə 37,9 faiz olub.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.