Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu gün "Qəbələ" "Araz-Naxçıvan"la, "Neftçi" "Sumqayıt"la qarşılaşacaq

© AFP 2023 / PAUL ELLISFutbolçu, arxiv şəkli
Futbolçu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.01.2024
Abunə olmaq
Bu mərhələnin ötən gün keçirilmiş oyunlarında "Zirə" "Səbail"ə 2:1, "Qarabağ" isə "Sabah"a 7:1 hesabı ilə qalib gəlib.
BAKI, 31 yanvar — Sputnik. Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.
İkinci oyun günündə iki qarşılaşma baş tutacaq. Günün ilk qarşılaşmasında "Araz-Naxçıvan" "Qəbələ"ni qəbul edəcək. "Dalğa Arena"da keçiriləcək görüş saat 16:00-da start götürəcək.
Digər oyunda isə "Sumqayıt" doğma meydanda "Neftçi"ni sınağa çəkəcək. "Kapital Bank Arena"dakı görüş saat 19:00-da başlayacaq.
Bu mərhələnin ötən gün keçirilmiş oyunlarında "Zirə" "Səbail"ə 2:1, "Qarabağ" isə "Sabah"a 7:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları fevralın 8-9-da oynanılacaq.
Xəbər lenti
0