https://sputnik.az/20240119/azerbaycanda-qirmizi-kitaba-dusmus-qusu-ovlayan-qeter-vetendasi-da-cezalandirilib-462081767.html
Azərbaycanda "Qırmızı kitab"a düşmüş quşu ovlayan Qətər vətəndaşı da cəzalandırılıb
Azərbaycanda "Qırmızı kitab"a düşmüş quşu ovlayan Qətər vətəndaşı da cəzalandırılıb
Sputnik Azərbaycan
Qətər vətəndaşı Salem Jaber Al-Marri olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxs barəsində akt, protokol tərtib olunub. 19.01.2024, Sputnik Azərbaycan
2024-01-19T19:05+0400
2024-01-19T19:05+0400
2024-01-19T19:05+0400
azərbaycan
cəmiyyət
ərəb
ov
qanunsuz ov edilməsi
https://cdnn1.img.sputnik.az/img/07e8/01/13/462080782_0:309:738:724_1920x0_80_0_0_089c2d6dbe0f579bcbfaf5bfa5bb8323.jpg
BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda "Qırmızı kitab"a düşmüş quşu ovlayan Qətər vətəndaşı da cəzalandırılıb. Xarici ölkə vətəndaşının Biləsuvar rayonu, Muğan kəndi ərazisində Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşmüş bəzgək quşunu ovlaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat da Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Qətər vətəndaşı Salem Jaber Al-Marri olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxs barəsində akt, protokol tərtib olunub və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, 2 330 manat məbləğində cərimələnib. Qeyd edək ki, bu gün nazirlik Azərbaycanda adı "Qırmızı kitab"a salınan bəzgək quşunu ovlayan Suriya Ərəb Respublikası vətəndaşı Belal Aldaas barəsində də araşdırma aparıb, qanunsuz ov edən şəxsin əməlində cinayət tərkibi olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilib.
https://sputnik.az/20240119/adiqirmizi-kitaba-dusen-bezgekleri-ovlayan-erebe-cinayet-isi-acilacaq---foto-462071593.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/13/462080782_0:240:738:794_1920x0_80_0_0_5a1948395a85b1066a7262e57d6fd024.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, ərəb, ov, qanunsuz ov edilməsi
azərbaycan, ərəb, ov, qanunsuz ov edilməsi
Azərbaycanda "Qırmızı kitab"a düşmüş quşu ovlayan Qətər vətəndaşı da cəzalandırılıb
Qətər vətəndaşı Salem Jaber Al-Marri olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxs barəsində akt, protokol tərtib olunub.
BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda "Qırmızı kitab"a düşmüş quşu ovlayan Qətər vətəndaşı da cəzalandırılıb.
Xarici ölkə vətəndaşının Biləsuvar rayonu, Muğan kəndi ərazisində Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşmüş bəzgək quşunu ovlaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat da Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Qətər vətəndaşı Salem Jaber Al-Marri olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxs barəsində akt, protokol tərtib olunub və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, 2 330 manat məbləğində cərimələnib.
Qeyd edək ki, bu gün nazirlik Azərbaycanda adı "Qırmızı kitab"a salınan bəzgək quşunu ovlayan Suriya Ərəb Respublikası vətəndaşı Belal Aldaas barəsində də araşdırma aparıb, qanunsuz ov edən şəxsin əməlində cinayət tərkibi olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilib.