https://sputnik.az/20240119/adiqirmizi-kitaba-dusen-bezgekleri-ovlayan-erebe-cinayet-isi-acilacaq---foto-462071593.html
Adı "Qırmızı kitab"a düşən bəzgəkləri ovlayan ərəbə cinayət işi açılacaq - FOTO
Adı "Qırmızı kitab"a düşən bəzgəkləri ovlayan ərəbə cinayət işi açılacaq - FOTO
Sputnik Azərbaycan
Bəzgək quşlarını ovlaması ilə bağlı sosial şəbəkədə yayılan foto əsasında araşdırma aparılıb və onun Suriya Ərəb Respublikası vətəndaşı Belal Aldaas olduğu... 19.01.2024, Sputnik Azərbaycan
2024-01-19T13:47+0400
2024-01-19T13:47+0400
2024-01-19T13:55+0400
ov
cəmiyyət
ərəb
ərəb ölkələri
quş
"qırmızı kitab"
https://cdnn1.img.sputnik.az/img/07e8/01/13/462071012_0:108:739:524_1920x0_80_0_0_3287505b9a9c0a757dd0b8b147dee28d.jpg
BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda adı "Qırmızı kitab"a salınan quşu ovlayan Suriya Ərəb Respublikası vətəndaşına qarşı cinayət işi açıla bilər. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib. Qeyd edək ki, Azərbaycanda bəzgək quşu ovlayan Belal Aldaas adlı şəxs bununla bağlı görüntüləri öz * "Instagram" platformasındakı hesabından paylaşıb. O, bir neçə gün öncə öz sosial media hesabında adı "Qırmızı kitab"a düşən bəzgəklərin ovundan fotolar yerləşdirib. Həmin şəxsin restoranlar şəbəkəsi də var. Bu sosial şəbəkələrdə geniş müzakirələrə və qınağa səbəb olub. B.Məhəmmədov bildirib ki, xarici ölkə vətəndaşının Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşmüş bəzgək quşlarını ovlaması ilə bağlı sosial şəbəkədə yayılan foto əsasında araşdırma aparılıb və onun Suriya Ərəb Respublikası vətəndaşı Belal Aldaas olduğu müəyyən edilib. O bildirib ki, qanunsuz ov edən şəxsin əməlində cinayət tərkibi olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndəriləcək. Qeyd edək ki, ölkəmizə gələn turistlər arasında ova maraq göstərənlər çox olduğundan, ov qaydalarını pozanlar da az deyil. Bir müddət öncə sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə bəzgək ovlamalarına dair məlumat yayılmışdı. Bundan əvvəl Ceyrançöldə ovda iştirak edən ərəblərdən biri "Binthaninayef" adlı "Instagram" hesabında Azərbaycanda "Bəzgək" ovlamaların əks etdirən ov fotosunu paylaşıb. O, sözügedən fotonun 23 yanvar 2022-ci ildə Azərbaycanda çəkildiyini deyib. Onu da yada salaq ki, Azərbaycanda dəfələrlə ərəb turistlərin qanunsuz ov etməsi barədə faktlar aşkarlanıb. Onlar bundan əvvəl Qax Dövlət Təbiət Yasaqlığının ərazisində, Acınohur çölündə böyük düşərgə quraraq nadir quş, heyvanları ovladıqları üçün ictimai qınağa səbəb olmuşdular. Nəticədə canlarını cərimə ödəməklə qurtardılar. Hətta ərəb turistlər Salyan, Hacıqabul, Neftçala, Masallı rayonları ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/13/462071012_0:190:739:744_1920x0_80_0_0_e11c6bc95303839216c75ab0607f6625.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ov, ərəb, ərəb ölkələri, quş, "qırmızı kitab"
ov, ərəb, ərəb ölkələri, quş, "qırmızı kitab"
Adı "Qırmızı kitab"a düşən bəzgəkləri ovlayan ərəbə cinayət işi açılacaq - FOTO
13:47 19.01.2024 (Yenilənib: 13:55 19.01.2024) Bəzgək quşlarını ovlaması ilə bağlı sosial şəbəkədə yayılan foto əsasında araşdırma aparılıb və onun Suriya Ərəb Respublikası vətəndaşı Belal Aldaas olduğu müəyyən edilib.
BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda adı "Qırmızı kitab"a salınan quşu ovlayan Suriya Ərəb Respublikası vətəndaşına qarşı cinayət işi açıla bilər. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
Qeyd edək ki, Azərbaycanda bəzgək quşu ovlayan Belal Aldaas adlı şəxs bununla bağlı görüntüləri öz * "Instagram" platformasındakı hesabından paylaşıb. O, bir neçə gün öncə öz sosial media hesabında adı "Qırmızı kitab"a düşən bəzgəklərin ovundan fotolar yerləşdirib. Həmin şəxsin restoranlar şəbəkəsi də var. Bu sosial şəbəkələrdə geniş müzakirələrə və qınağa səbəb olub.
B.Məhəmmədov bildirib ki, xarici ölkə vətəndaşının Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşmüş bəzgək quşlarını ovlaması ilə bağlı sosial şəbəkədə yayılan foto əsasında araşdırma aparılıb və onun Suriya Ərəb Respublikası vətəndaşı Belal Aldaas olduğu müəyyən edilib. O bildirib ki, qanunsuz ov edən şəxsin əməlində cinayət tərkibi olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndəriləcək.
Qeyd edək ki, ölkəmizə gələn turistlər arasında ova maraq göstərənlər çox olduğundan, ov qaydalarını pozanlar da az deyil. Bir müddət öncə sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə bəzgək ovlamalarına dair məlumat yayılmışdı.
Bundan əvvəl Ceyrançöldə ovda iştirak edən ərəblərdən biri "Binthaninayef" adlı "Instagram" hesabında Azərbaycanda "Bəzgək" ovlamaların əks etdirən ov fotosunu paylaşıb. O, sözügedən fotonun 23 yanvar 2022-ci ildə Azərbaycanda çəkildiyini deyib.
Onu da yada salaq ki, Azərbaycanda dəfələrlə ərəb turistlərin qanunsuz ov etməsi barədə faktlar aşkarlanıb. Onlar bundan əvvəl Qax Dövlət Təbiət Yasaqlığının ərazisində, Acınohur çölündə böyük düşərgə quraraq nadir quş, heyvanları ovladıqları üçün ictimai qınağa səbəb olmuşdular. Nəticədə canlarını cərimə ödəməklə qurtardılar. Hətta ərəb turistlər Salyan, Hacıqabul, Neftçala, Masallı rayonları ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılıblar.