https://sputnik.az/20240118/qarabag-futbolcusunun-polsa-klubuna-kecmesine-icaze-verib-462045077.html
"Qarabağ" futbolçusunun Polşa klubuna keçməsinə icazə verib
"Qarabağ" futbolçusunun Polşa klubuna keçməsinə icazə verib
Sputnik Azərbaycan
Məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq, 28 yaşlı müdafiəçinin getməsinə icazə verib. 18.01.2024, Sputnik Azərbaycan
2024-01-18T12:51+0400
2024-01-18T12:51+0400
2024-01-18T13:30+0400
futbolçu
idman
qarabağ fk
polşa
https://cdnn1.img.sputnik.az/img/07e8/01/12/462044909_0:0:2000:1125_1920x0_80_0_0_2f6d8b41ce2e3d32a656519170a5fce2.jpg
BAKI, 18 yanvar — Sputnik. "Qarabağ" klubu futbolçusu Rahil Məmmədovun Polşa təmsilçisi LKS-ə (Lodz) keçməsinə icazə verib. Bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. Onun sözlərinə görə, məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq, 28 yaşlı müdafiəçinin getməsinə icazə verib:"Rahil Məmmədov ona Polşa klubundan təklif gəldiyini, "Qarabağ" icazə verərsə, Avropada legioner həyatı yaşamaq istədiyini bildirdi. Məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq Rahilə icazə verdi. Futbolçu yaxın günlərdə həkim müayinəsindən keçəcək. Proses uğurla nəticələnəcəyi halda, klubumuz Rahilin keçidinə şərait yaradacaq. "Qarabağ" hər zaman idman prinsiplərini üstün tutur və nəticələrlə azarkeşlərimizi sevindirmək əsas prioritetdir. Bildiyiniz kimi, qış transfer dönəmində bir neçə futbolçumuza təkliflər olsa da, heç birinin buraxılmaması qərarı verilmişdi. Amma baş məşqçi Qurban Qurbanov Rahilin milli komandamızın üzvü olmasını, legioner həyatı yaşamaq istəyini və karyera perspektivini nəzərə alaraq bu təklifin istisna hal kimi dəyərləndirilməsini istədi və rəhbərlik də etiraz etmədi". Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ildən "Qarabağ"ın uğurları üçün çalışır. LKS (Lodz) hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/12/462044909_182:0:1959:1333_1920x0_80_0_0_60db0e1ec354724a33cb7ae846810529.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbolçu, qarabağ fk, polşa
futbolçu, qarabağ fk, polşa
"Qarabağ" futbolçusunun Polşa klubuna keçməsinə icazə verib
12:51 18.01.2024 (Yenilənib: 13:30 18.01.2024) Məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq, 28 yaşlı müdafiəçinin getməsinə icazə verib.
BAKI, 18 yanvar — Sputnik. "Qarabağ" klubu futbolçusu Rahil Məmmədovun Polşa təmsilçisi LKS-ə (Lodz) keçməsinə icazə verib.
Bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq, 28 yaşlı müdafiəçinin getməsinə icazə verib:
"Rahil Məmmədov ona Polşa klubundan təklif gəldiyini, "Qarabağ" icazə verərsə, Avropada legioner həyatı yaşamaq istədiyini bildirdi. Məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq Rahilə icazə verdi. Futbolçu yaxın günlərdə həkim müayinəsindən keçəcək. Proses uğurla nəticələnəcəyi halda, klubumuz Rahilin keçidinə şərait yaradacaq. "Qarabağ" hər zaman idman prinsiplərini üstün tutur və nəticələrlə azarkeşlərimizi sevindirmək əsas prioritetdir. Bildiyiniz kimi, qış transfer dönəmində bir neçə futbolçumuza təkliflər olsa da, heç birinin buraxılmaması qərarı verilmişdi. Amma baş məşqçi Qurban Qurbanov Rahilin milli komandamızın üzvü olmasını, legioner həyatı yaşamaq istəyini və karyera perspektivini nəzərə alaraq bu təklifin istisna hal kimi dəyərləndirilməsini istədi və rəhbərlik də etiraz etmədi".
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ildən "Qarabağ"ın uğurları üçün çalışır. LKS (Lodz) hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.