Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Fransız senatorların təşəbbüslərinə politoloqdan cavab

© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə, arxiv
Politoloq İlqar Vəlizadə, arxiv - Sputnik Azərbaycan, 1920, 18.01.2024
Abunə olmaq
Politoloq hesab edir ki, bütün bunların qayəsi fransalı senatorların erməni lobbisininperspektivsiz oyunlarını davam etdirərək, zənginləşməkdir.
BAKI, 18 yanvar — Sputnik. Fransa Senatının Azərbaycanla bağlı əvvəlki qərarları absurd və mövcud reallıqlara gəlmədiyinə görə icra olunmayıb, "qətnamə" adlı sənəddə yer alan yeni təhdidlər dəstinin də heç bir təsiri olmayacaq. Yeganə təsir Fransanın özünü Avropada lağ obyektinə çevirməsidir". Bu fikirləri politoloq İlqar Vəlizadə bildirib.

Fransa Senatı Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağıran qətnamə qəbul edib. Qətnamədə Azərbaycandan qaz idxalına qadağa qoyulmasına çağırış edilir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar hökumətə çağırış edərək Fransa ilə iqtisadi əlaqələrin dayandırılmasını təklif edib.

Politoloq qeyd edir ki, sənədin müəllifləri xüsusilə "Aİ-nin Azərbaycanla münasibətlərinə tam yenidən baxılmasına" və Bakıya qarşı sanksiyaların, "Azərbaycandan qaz və neft tədarükünə embarqo"nun tətbiqinə çağırırlar.
İlqar Vəlizadə deyir ki, əslində bu məsələyə italyan, yunan, bolqar və digər ölkələrin qanunvericilərinin fikirlərini bilmək maraqlıdır:

"Əgər İtaliya Azərbaycan qazının və neftinin 20%-ni öz bazarına tədarükündən imtina etsə, bu necə olardı? O zaman Bolqarıstan və Yunanıstan Balkanlara Azərbaycan "mavi yanacağı"nın tədarükü üçün qaz qovşağı ideyasından, Rumıniya və Macarıstan isə Xəzər dənizindən Mərkəzi Avropa ölkələrinə "yaşıl enerji dəhlizi" layihəsindən imtina etməli olacaqlar. Bütün bunlar Avropada Fars körfəzi və Qırmızı dəniz regionlarından tədarükün pisləşməsi ilə daha da ağırlaşan ciddi enerji böhranı kontekstində nəzərdə tutulur. Bütün bunlar ona görədir ki, onların fransalı həmkarları erməni lobbisinin "xeyirxah əməlləri" siyahısına "quş" qoysunlar və perspektivsiz oyunlarını davam etdirəcəkləri təqdirdə əlavə bonuslar alsınlar".

Onun sözlərinə görə, bölgənin coğrafiyasından az anlayışı olan fransız qanunvericiləri belə qərara gəliblər ki, Azərbaycan "Ermənistanın ərazi bütövlüyünü pozmaq" cəhdləri ilə Ermənistan ərazisindən ölkənin əsas hissəsi Naxçıvanla "Zəngəzur silsiləsi ilə nəqliyyat dəhlizi yaratmaq" planlarını həyata keçirir.
© AFP 2024 / screenshotPaşinyan Qranadada Aİ, Fransa və Almaniya liderləri ilə görüşüb
Paşinyan Qranadada Aİ, Fransa və Almaniya liderləri ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 18.01.2024
Paşinyan Qranadada Aİ, Fransa və Almaniya liderləri ilə görüşüb
"Qeyd edək ki, Zəngəzur silsiləsi ilə kommunikasiyanın qurulması Fransanın Alp dağları ilə əlaqəsinin qurulmasından heç də az əmək tutumlu deyil. Azərbaycan isə çətin ki, Zəngəzur silsiləsini avtomobil və ya dəmir yolu ilə "yarmağa" çalışsın. Lakin fransız senatorların zəngin fantaziyaları öz həyasızlıqlarına daha çox dramatiklik əlavə etmək üçün bu ssenarini təsvir etməyə hazırdır. Bir sözlə, ölü doğulmuş "sənəd" əvvəlki illərdə ortaya çıxmış "qardaşları"nın getdiyi yerə gedəcək, ancaq bunun izi qalacaq və Fransa ilə münasibətlərimiz uzun müddət qan qaraldacaq", politoloq fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan və Fransa bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 18.01.2024
SİYASƏT
Fransa sanksiyalarla qorxudur: Azərbaycan nə cavab verəcək?
Xəbər lenti
0