https://sputnik.az/20240114/ne-soyugu-var-ne-de-istisi-azerbaycana-turkmen-qazi-lazimdirmi-ve-ya-svop-niye-dayandi-461927076.html
Nə soyuğu var, nə də istisi: Azərbaycana türkmən qazı lazımdırmı və ya svop niyə dayandı?
Nə soyuğu var, nə də istisi: Azərbaycana türkmən qazı lazımdırmı və ya svop niyə dayandı?
Sputnik Azərbaycan
Türkmənistanın 2023-cü ilin dekabrından Azərbaycana qaz nəqlini niyə dayandırması ilə bağlı hələlik rəsmi versiya yoxdur, bu da çoxlu spekulyasiya və şayiələrə... 14.01.2024, Sputnik Azərbaycan
2024-01-14T10:33+0400
2024-01-14T10:33+0400
2024-01-14T10:33+0400
neft-qaz
qaz
türkmənistan
azərbaycan
tədarük
isti
soyuq
rusiya
türkmən
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861828_0:160:3072:1888_1920x0_80_0_0_f5d7ea62c0b120fd7081c9fe1656f95d.jpg
BAKI, 14 yanvar - Sputnik. İlin əvvəlində məlum olub ki, Türkmənistan 2021-ci ilin noyabrında ölkələr arasında imzalanmış üçtərəfli svop sazişi çərçivəsində İran vasitəsilə Azərbaycana qaz nəqlini dayandırıb. Svop qaz tədarükü 2022-ci ilin yanvarında başlayıb və sonra İran vasitəsilə Azərbaycana türkmən qazının gündəlik ixracının həcmi 7 milyon kubmetrə çatıb.Yəni, Azərbaycan Türkmənistandan ilkin razılaşdırılmış 150 milyon kubmetrə qarşı hər ay təxminən 210 milyon kubmetr qaz alırdı. Türkmənistanın 2023-cü ilin dekabrından Azərbaycana qaz nəqlini niyə dayandırması ilə bağlı hələlik rəsmi versiya yoxdur ki, bu da çoxlu spekulyasiya və şayiələrə şərait yaradır.Belə ki, ölkə hüdudlarından kənarda yerləşən bir sıra Türkmənistan KİV-ləri tədarükün dayandırılmasının səbəbinin Aşqabadın Bakıya verilən qazın həcminin qiymətinin artırılması tələbi olduğunu yazıb.Bundan əlavə, guya Türkmənistanın Azərbaycana ixrac etmək üçün sərbəst imkanlarının olmadığı iddia edilir ki, bu da tədarükün dayandırılmasının səbəbidir.Saxta xəbərlər haradadır, həqiqət harada?Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, Türkmənistanın Azərbaycanla mübadilə üçün kifayət qədər qaz həcminin olmaması xəbəri real vəziyyəti əks etdirmir.Ekspert hesab edir ki, nə Türkmənqaz, nə də alıcı olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəsmi izahat vermədiyi üçün türkmən qazının tədarükünün dayandırılması ilə bağlı mətbuatda çoxlu spekulyativ xəbərlər gedir.Belə ki, o qeyd edib ki, söz-söhbətlərdən biri Azərbaycanın guya türkmən qazının idxalını 1,5 milyarddan 3 milyard kubmetrə çatdırmaq istəməsi olub və İran mətbuatı ümumilikdə yazıb ki, söhbət tədarükün 4-4,5 milyard kubmetrədək artırılmasından gedir. Ekspert hesab edir ki, tədarükün dayandırılmasının yeganə məntiqi izahı qazın satıcısı ilə alıcısı arasında qiymət fikir ayrılıqlarıdır."Biri baha qiymətə satmaq istəyir, digəri onun üçün məqbul qiymətə almaq istəyir. Başqa izah yoxdur", - Şaban vurğulayıb.Azərbaycana türkmən qazının istisi-soyuğu yoxdurİlham Şaban, prinsipcə, istisna etmir ki, Azərbaycanla Türkmənistan arasında svop qaz nəqli ümumiyyətlə bərpa olunmaya bilər.Bundan başqa, Azərbaycan Rusiya ilə svop əməliyyatları da həyata keçirir və tərəflər arasında doğrudan da qaz mübadiləsi aparılır.“Biz sadəcə olaraq Türkmənistandan qaz alırıq və tədarüklərə svop tədarükü deyilir, çünki ölkələr arasında ümumi sərhəd yoxdur və biz İran vasitəsilə idxal etmək məcburiyyətindəyik. Yəni Türkmənistan İrana qaz tədarük edir, İran da öz növbəsində öz qazının oxşar həcmini bizə yenidən satır. Yəni molekul olaraq türkmən qazı Azərbaycana çatmır”, - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib. Belə ki, Azərbaycan ancaq Türkmənistandan qaz alırsa, deməli, Rusiya ilə real mübadilə gedir.Ekspert qeyd edib ki, rəsmi statistikaya əsasən, ötən ilin on ayı ərzində Azərbaycan 800 milyon kubmetr Rusiya qazı idxal edib və bunun müqabilində Dağıstanın ehtiyacları üçün Rusiya Federasiyasına 365 milyon kubmetr qaz verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240112/qazaxistan-neftinin-baki-limani-istiqametinde-neqlinin-hecmi-ne-qeder-artib-461911076.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861828_171:0:2902:2048_1920x0_80_0_0_5f8c66db82743ccac62bf0802beecb4b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qaz, türkmənistan, azərbaycan, tədarük, isti, soyuq, rusiya, türkmən
qaz, türkmənistan, azərbaycan, tədarük, isti, soyuq, rusiya, türkmən
Nə soyuğu var, nə də istisi: Azərbaycana türkmən qazı lazımdırmı və ya svop niyə dayandı?
Türkmənistanın 2023-cü ilin dekabrından Azərbaycana qaz nəqlini niyə dayandırması ilə bağlı hələlik rəsmi versiya yoxdur, bu da çoxlu spekulyasiya və şayiələrə şərait yaradır.
BAKI, 14 yanvar - Sputnik. İlin əvvəlində məlum olub ki, Türkmənistan 2021-ci ilin noyabrında ölkələr arasında imzalanmış üçtərəfli svop sazişi çərçivəsində İran vasitəsilə Azərbaycana qaz nəqlini dayandırıb. Svop qaz tədarükü 2022-ci ilin yanvarında başlayıb və sonra İran vasitəsilə Azərbaycana türkmən qazının gündəlik ixracının həcmi 7 milyon kubmetrə çatıb.
Yəni, Azərbaycan Türkmənistandan ilkin razılaşdırılmış 150 milyon kubmetrə qarşı hər ay təxminən 210 milyon kubmetr qaz alırdı. Türkmənistanın 2023-cü ilin dekabrından Azərbaycana qaz nəqlini niyə dayandırması ilə bağlı hələlik rəsmi versiya yoxdur ki, bu da çoxlu spekulyasiya və şayiələrə şərait yaradır.
Belə ki, ölkə hüdudlarından kənarda yerləşən bir sıra Türkmənistan KİV-ləri tədarükün dayandırılmasının səbəbinin Aşqabadın Bakıya verilən qazın həcminin qiymətinin artırılması tələbi olduğunu yazıb.
“Azərbaycan tərəfi qazın 1 min kubmetri üçün 135-140 dollar təklif edir və Türkmənistan tərəfi bu qiyməti birja qiymətləri ilə müqayisədə çox aşağı hesab edir”, - Turkmen.news saytı xəbər verir.
Bundan əlavə, guya Türkmənistanın Azərbaycana ixrac etmək üçün sərbəst imkanlarının olmadığı iddia edilir ki, bu da tədarükün dayandırılmasının səbəbidir.
Saxta xəbərlər haradadır, həqiqət harada?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, Türkmənistanın Azərbaycanla mübadilə üçün kifayət qədər qaz həcminin olmaması xəbəri real vəziyyəti əks etdirmir.
“Mən düşünmürəm ki, Türkmənistanda kifayət qədər qaz yoxdur, çünki hələ dekabr ayında Aşqabad İran vasitəsilə İraqa svop qaz tədarükü haqqında saziş imzalayıb. Ona görə də Türkmənistanda kifayət qədər qazın olmaması xəbəri saxta görünür. Türkmənistan, İran və İraq danışıqlar aparır, tərəflər hələlik təfərrüatları açıqlamayıblar, lakin ölkələr arasında infrastruktur imkanları tədarükün 20 milyard kubmetrə qədər artırılmasına imkan verir”, - deyə Şaban Sputnik Azərbaycan-a bildirib.
Ekspert hesab edir ki, nə Türkmənqaz, nə də alıcı olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəsmi izahat vermədiyi üçün türkmən qazının tədarükünün dayandırılması ilə bağlı mətbuatda çoxlu spekulyativ xəbərlər gedir.
Belə ki, o qeyd edib ki, söz-söhbətlərdən biri Azərbaycanın guya türkmən qazının idxalını 1,5 milyarddan 3 milyard kubmetrə çatdırmaq istəməsi olub və İran mətbuatı ümumilikdə yazıb ki, söhbət tədarükün 4-4,5 milyard kubmetrədək artırılmasından gedir.
“Eyni zamanda heç kim İranın Türkmənistandan ildə 20 milyard kubmetrə qədər qaz ala biləcəyinə diqqət yetirməyib. Amma İranla Azərbaycan arasında qaz kəmərləri və nasos stansiyaları sistemi maksimum 2 milyard kubmetr qaz təmin etmək üçün nəzərdə tutulub. Ona görə də bu xəbərlər həm də spekulyativ və saxtadır”, - deyə mərkəz rəhbəri bildirib.
Ekspert hesab edir ki, tədarükün dayandırılmasının yeganə məntiqi izahı qazın satıcısı ilə alıcısı arasında qiymət fikir ayrılıqlarıdır.
"Biri baha qiymətə satmaq istəyir, digəri onun üçün məqbul qiymətə almaq istəyir. Başqa izah yoxdur", - Şaban vurğulayıb.
Azərbaycana türkmən qazının istisi-soyuğu yoxdur
İlham Şaban, prinsipcə, istisna etmir ki, Azərbaycanla Türkmənistan arasında svop qaz nəqli ümumiyyətlə bərpa olunmaya bilər.
“Əgər Azərbaycanda əmtəəlik qaz hasilatının həcmi artırsa, ümumiyyətlə, niyə bərpa edilməlidir? İndiyədək istər regionda, istərsə də Avropada müştərilərin qaz təchizatı ilə bağlı tələblərini uğurla yerinə yetirmişik”, - deyə ekspert əlavə edib.
Bundan başqa, Azərbaycan Rusiya ilə svop əməliyyatları da həyata keçirir və tərəflər arasında doğrudan da qaz mübadiləsi aparılır.
“Biz sadəcə olaraq Türkmənistandan qaz alırıq və tədarüklərə svop tədarükü deyilir, çünki ölkələr arasında ümumi sərhəd yoxdur və biz İran vasitəsilə idxal etmək məcburiyyətindəyik. Yəni Türkmənistan İrana qaz tədarük edir, İran da öz növbəsində öz qazının oxşar həcmini bizə yenidən satır. Yəni molekul olaraq türkmən qazı Azərbaycana çatmır”, - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.
Belə ki, Azərbaycan ancaq Türkmənistandan qaz alırsa, deməli, Rusiya ilə real mübadilə gedir.
Ekspert qeyd edib ki, rəsmi statistikaya əsasən, ötən ilin on ayı ərzində Azərbaycan 800 milyon kubmetr Rusiya qazı idxal edib və bunun müqabilində Dağıstanın ehtiyacları üçün Rusiya Federasiyasına 365 milyon kubmetr qaz verib.
“Belə çıxır ki, yanvar-oktyabr aylarında Rusiyadan idxal 400 milyon kubmetrdən bir qədər çox olub. Bu mövsümi mübadilədir. Rusiya Federasiyası ilə analoji mübadilə elektrik enerjisi sahəsində də aparılır. Azərbaycan Rusiya Federasiyası ilə mövsümi mübadiləni davam etdirə və lazım gələrsə, 2024-cü ildə Rusiya Federasiyası ilə qaz mübadiləsinin həcmini artıra bilər. Əgər Türkmənistan Azərbaycanın təklif etdiyi qiymətlə razılaşmasa, o zaman razılaşmasa belə, bunun bizim üçün istisi-soyuğu olmayacaq”, - deyı Şaban fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.