https://sputnik.az/20240112/qazaxistan-neftinin-baki-limani-istiqametinde-neqlinin-hecmi-ne-qeder-artib-461911076.html
Qazaxıstan neftinin Bakı limanı istiqamətində nəqlinin həcmi nə qədər artıb?
Qazaxıstan neftinin Bakı limanı istiqamətində nəqlinin həcmi nə qədər artıb?
Sputnik Azərbaycan
Hesabat dövründə Aktau limanından Mahaçqala limanı istiqamətində 1 milyon 984 min ton neft göndərilib. 12.01.2024, Sputnik Azərbaycan
2024-01-12T21:51+0400
2024-01-12T21:51+0400
2024-01-12T21:51+0400
neft
neft-qaz
şirkət
aktau
aktau
liman
qazaxıstan
mahaçqala
kasım-jomart tokayev
nəql
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457289882_0:123:2464:1509_1920x0_80_0_0_4a15b3498336c9d622a89aa80d36fdbf.jpg
BAKI, 12 yanvar — Sputnik. Ötən il Qazaxıstan neftinin Aktau limanından ixracı 3 mln. 376 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 mln. 108 min ton və ya 49%-ə yaxın çoxdur. Bu barədə "Kaztransoil" şirkətinin yaydığı məlumata istinadən xəbər verir. Məlumatda bildirilir ki, Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcminin artması Bakı limanı istiqaməti üzrə daşınan xammalın həcminin 205 min tondan 1 mln. 392 min tona, yəni 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə artması ilə bağlıdır. O cümlədən, Bakı limanı istiqaməti üzrə "Tengiz" yatağından 1 mln. 057 min ton neft göndərilib. Bundan əlavə, hesabat dövründə Aktau limanından Mahaçqala limanı istiqamətində 1 milyon 984 min ton neft göndərilib. Qeyd edilir ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, "KazMunayQaz" və SOCAR arasında "Tengiz" yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 mln. ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.
aktau
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457289882_144:0:2320:1632_1920x0_80_0_0_5eafec153769d1234ba098eb08b4c440.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, şirkət, aktau, aktau, liman, qazaxıstan, mahaçqala, kasım-jomart tokayev, nəql
neft, şirkət, aktau, aktau, liman, qazaxıstan, mahaçqala, kasım-jomart tokayev, nəql
Qazaxıstan neftinin Bakı limanı istiqamətində nəqlinin həcmi nə qədər artıb?
Hesabat dövründə Aktau limanından Mahaçqala limanı istiqamətində 1 milyon 984 min ton neft göndərilib.
BAKI, 12 yanvar — Sputnik. Ötən il Qazaxıstan neftinin Aktau limanından ixracı 3 mln. 376 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 mln. 108 min ton və ya 49%-ə yaxın çoxdur.
Bu barədə "Kaztransoil" şirkətinin yaydığı məlumata istinadən xəbər verir.
Məlumatda bildirilir ki, Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcminin artması Bakı limanı istiqaməti üzrə daşınan xammalın həcminin 205 min tondan 1 mln. 392 min tona, yəni 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə artması ilə bağlıdır. O cümlədən, Bakı limanı istiqaməti üzrə "Tengiz" yatağından 1 mln. 057 min ton neft göndərilib.
Bundan əlavə, hesabat dövründə Aktau limanından Mahaçqala limanı istiqamətində 1 milyon 984 min ton neft göndərilib.
Qeyd edilir ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, "KazMunayQaz" və SOCAR arasında "Tengiz" yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 mln. ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.