https://sputnik.az/20240112/cin-klubu-qarabagin-futbolcusu-ile-maraqlanir-461904832.html
Çin klubu "Qarabağ"ın futbolçusu ilə maraqlanır
Çin klubu "Qarabağ"ın futbolçusu ilə maraqlanır
Sputnik Azərbaycan
Portuqaliyanın "Record" nəşri 24 yaşlı yarımmüdafiəçinin transferi üçün Çin klubunun "Qarabağ"la danışıqlar apardığını yazıb. 12.01.2024, Sputnik Azərbaycan
2024-01-12T13:03+0400
2024-01-12T13:03+0400
2024-01-12T13:32+0400
çin
idman
qarabağ fk
"qarabağ" fk
qarabağ futbolçuları
futbolçu
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1b/459997444_0:160:3072:1888_1920x0_80_0_0_9f0fb1cfbb546f5d72ed1710e7825b7b.jpg
BAKI, 12 yanvar — Sputnik. Çinin "Şanxay Şenxua" klubu "Qarabağ"ın futbolçusu Leandro Andrade üçün üçüncü dəfə rəsmi müraciət edəcək. "Report"un əldə etdiyi məlumata görə, Superliqa təmsilçisinin sonuncu təklifi 2 milyon avro ola bilər. Çin təmsilçisi daha əvvəl iki dəfə müraciət etsə də, rədd cavabı alıb. Klub Kabo Verdedən olan 24 yaşlı yarımmüdafiəçini nəyin bahasına olur-olsun, transfer etmək istəyir. "Qarabağ"ın baş meneceri Asif Əsgərov məsələyə münasibət bildirib: "Belə təkliflər çoxdur. Bunların olması da normaldır. Yaxşı futbolçu qazanmaq istəyirlər". Klub rəsmisi "yaxşı təklif müqabilində Andradenin satılma ehtimalı varmı" sualını da cavablandırıb: "Bizdən asılı olan və olmayan durumlar var". Qeyd edək ki, Portuqaliyanın "Record" nəşri 24 yaşlı yarımmüdafiəçinin transferi üçün Çin klubunun "Qarabağ"la danışıqlar apardığını yazıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1b/459997444_171:0:2902:2048_1920x0_80_0_0_65e04cf10329b2ba20ef31bed75190cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, qarabağ fk, "qarabağ" fk, qarabağ futbolçuları, futbolçu
çin, qarabağ fk, "qarabağ" fk, qarabağ futbolçuları, futbolçu
Çin klubu "Qarabağ"ın futbolçusu ilə maraqlanır
13:03 12.01.2024 (Yenilənib: 13:32 12.01.2024) Portuqaliyanın "Record" nəşri 24 yaşlı yarımmüdafiəçinin transferi üçün Çin klubunun "Qarabağ"la danışıqlar apardığını yazıb.
BAKI, 12 yanvar — Sputnik. Çinin "Şanxay Şenxua" klubu "Qarabağ"ın futbolçusu Leandro Andrade üçün üçüncü dəfə rəsmi müraciət edəcək.
"Report"un əldə etdiyi məlumata görə, Superliqa təmsilçisinin sonuncu təklifi 2 milyon avro ola bilər.
Çin təmsilçisi daha əvvəl iki dəfə müraciət etsə də, rədd cavabı alıb. Klub Kabo Verdedən olan 24 yaşlı yarımmüdafiəçini nəyin bahasına olur-olsun, transfer etmək istəyir.
"Qarabağ"ın baş meneceri Asif Əsgərov məsələyə münasibət bildirib: "Belə təkliflər çoxdur. Bunların olması da normaldır. Yaxşı futbolçu qazanmaq istəyirlər".
Klub rəsmisi "yaxşı təklif müqabilində Andradenin satılma ehtimalı varmı" sualını da cavablandırıb: "Bizdən asılı olan və olmayan durumlar var".
Qeyd edək ki, Portuqaliyanın "Record" nəşri 24 yaşlı yarımmüdafiəçinin transferi üçün Çin klubunun "Qarabağ"la danışıqlar apardığını yazıb.