Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

2024-cü ildə ilk medalı hansı Azərbaycan idmançıları qazanıb?

© Photo : United World WrestlingAzərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (qırmızı formada)
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (qırmızı formada) - Sputnik Azərbaycan, 1920, 11.01.2024
Abunə olmaq
Sərbəst güləş üzrə milli komandanın idmançıları Xorvatiyada keçirilən reytinq beynəlxalq turnirində üç mükafata layiq görülüblər.
BAKI, 11 yanvar — Sputnik. Sərbəst güləşçi Əliabbas Rzazadə (61 kq) 2024-cü ildə beynəlxalq arenada medal qazanan ilk Azərbaycan idmançısı olub.
Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə bu ilin ilk reytinq turniri start götürüb. Yarışın ilk günündə Azərbaycanın yeddi təmsilçisi döşək üzərinə çıxıb və onlardan üçü mükafatçılar sırasında yer alıb.
Belə ki, sərbəst güləş yarışlarında Əliabbas Rzazadə (61 kq) üçüncü yer uğrunda mübarizədə Puerto-Rikadan olan Cozef Silva üzərində 4:2 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Bundan əlavə, eyni 61 kq çəki dərəcəsində olan Nurəddin Novruzov da "kiçik" finalda ukraynalı Andrey Popovu 7:3 hesabı ilə məğlub edərək bürünc mükafata layiq görülüb.
Daha bir 74 kq çəki dərəcəsində olan Cəbrayıl Hacıyev üçüncü yer uğrunda mübarizədə isveçrəli Tobias Portmana 5:3 hesabı ilə qalib gələrək bürünc medalı qazanıb.
İkinci yarış günündə daha üç Azərbaycan güləşçisi - Giorgi Meşvildişvili Vaxit Qalayev (hər ikisi 125 kq), həmçinin Gültəkin Şirinova da (65 kq) döşək üzərinə çıxacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0