https://sputnik.az/20240110/biz-sulh-muqavilesinde-hec-bir-zemanetciye-ehtiyac-duymuruq---lham-eliyev-461875341.html
Biz sülh müqaviləsində heç bir zəmanətçiyə ehtiyac duymuruq - İlham Əliyev
Biz sülh müqaviləsində heç bir zəmanətçiyə ehtiyac duymuruq - İlham Əliyev
Sputnik Azərbaycan
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığı şəxslərin adlarını açıqlayıb. 10.01.2024, Sputnik Azərbaycan
2024-01-10T21:52+0400
2024-01-10T21:52+0400
2024-01-10T21:52+0400
prezident ilham əliyev
siyasət
ermənistan
xocalı
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e8/01/0a/461873047_0:133:1419:931_1920x0_80_0_0_129769d69b2037c899f5a488edecae6f.jpg
BAKI, 10 yanvar - Sputnik. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığı şəxslərin adlarını açıqlayıb.Dövlətimizin başçısı bununla bağlı deyib: “İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığım insanlar Türkiyə Prezidenti və Rusiya Prezidenti idi. Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi, Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi”.Prezident İlham Əliyev bu gün ölkəmiz qarşısında əgər hansısa ciddi bir məsələnin dayanacağı təqdirdə, zəng edəcəyi insanın, əlbəttə, ilk növbədə, qardaş Rəcəb Tayyib Ərdoğan olacağını, onu məlumatlandıracağını bildirib.Biz sülh müqaviləsində heç bir zəmanətçiyə ehtiyac duymuruq"Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur" - İlham Əliyev söyləyib.Bunun iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsi olacağını vurğulayan dövlətimizin başçısı deyib: “Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.Xocalı soyqırımını törədən canilər ədalət qarşısında cavab verəcəklər"Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər" - Prezident deyib.Onların arasında Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlər, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazir və digərlərinin yer aldığını bildirən dövlətimizin başçısı vurğulayıb. “O qruplaşmada təkcə iki nəfər çatışmır, onlar da İrəvandadırlar, onlar da olsa, onda tam heyət formalaşır. Bu, doğrudan da ədalətin Zəfəridir və mən deyəndə ki, ədalətə inanmaq lazımdır və ədaləti təmin etmək üçün mübarizə aparmaq lazımdır, məhz bunu nəzərdə tuturdum”.
https://sputnik.az/20240110/prezident-lham-eliyev-fransa-ile-munasibetlerin-keskinlesme-sebeblerini-aciqladi--461875111.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/0a/461873047_0:0:1419:1064_1920x0_80_0_0_1e1a155b39d3b194f73bd6556fef775f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, ermənistan, xocalı, qarabağ
prezident ilham əliyev, ermənistan, xocalı, qarabağ
Biz sülh müqaviləsində heç bir zəmanətçiyə ehtiyac duymuruq - İlham Əliyev
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığı şəxslərin adlarını açıqlayıb.
BAKI, 10 yanvar - Sputnik. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığı şəxslərin adlarını açıqlayıb.
Dövlətimizin başçısı bununla bağlı deyib: “İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığım insanlar Türkiyə Prezidenti və Rusiya Prezidenti idi. Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi, Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi”.
Prezident İlham Əliyev bu gün ölkəmiz qarşısında əgər hansısa ciddi bir məsələnin dayanacağı təqdirdə, zəng edəcəyi insanın, əlbəttə, ilk növbədə, qardaş Rəcəb Tayyib Ərdoğan olacağını, onu məlumatlandıracağını bildirib.
Biz sülh müqaviləsində heç bir zəmanətçiyə ehtiyac duymuruq
"Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur" - İlham Əliyev söyləyib.
Bunun iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsi olacağını vurğulayan dövlətimizin başçısı deyib: “Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.
Xocalı soyqırımını törədən canilər ədalət qarşısında cavab verəcəklər
"Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər" - Prezident deyib.
Onların arasında Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlər, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazir və digərlərinin yer aldığını bildirən dövlətimizin başçısı vurğulayıb. “O qruplaşmada təkcə iki nəfər çatışmır, onlar da İrəvandadırlar, onlar da olsa, onda tam heyət formalaşır. Bu, doğrudan da ədalətin Zəfəridir və mən deyəndə ki, ədalətə inanmaq lazımdır və ədaləti təmin etmək üçün mübarizə aparmaq lazımdır, məhz bunu nəzərdə tuturdum”.