https://sputnik.az/20240110/prezident-lham-eliyev-fransa-ile-munasibetlerin-keskinlesme-sebeblerini-aciqladi--461875111.html
Prezident İlham Əliyev Fransa ilə münasibətlərin kəskinləşmə səbəblərini açıqladı
Prezident İlham Əliyev Fransa ilə münasibətlərin kəskinləşmə səbəblərini açıqladı
Sputnik Azərbaycan
İlham Əliyev deyib ki, Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır 10.01.2024, Sputnik Azərbaycan
2024-01-10T21:35+0400
2024-01-10T21:35+0400
2024-01-10T21:35+0400
siyasət
prezident ilham əliyev
fransa
yeni kaledoniya
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e8/01/0a/461873025_0:137:1772:1134_1920x0_80_0_0_587122d7da03884717cde016e9871fa2.jpg
BAKI, 10 yanvar - Sputnik. Biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq.Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.“Biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”, - deyə dövlətimizin başçısı əlavə edib.Xurşidbanu Natəvanın Fransada heykəlinin təhqir olunması məsələsinə də toxunan Prezident bu hadisə ilə ermənilərin Natəvanın Ağdamdakı məzarını qazmaları arasında müqayisə aparıb, burada bir oxşarlığın olduğunu qeyd edib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Fransanın müstəmləkə siyasətindən bəhs edərkən ötən ay Yeni Kaledoniyada saxlanılan azərbaycanlı jurnalist qadın barədə danışıb.Dövlətimizin başçısı bununla bağlı deyib: “Bu yaxınlarda Yeni Kaledoniyada bir azərbaycanlı jurnalist qadını saxlayıblar. Ümumiyyətlə, bu, hansı çərçivəyə sığır? Ondan casusluqda da şübhələniblər. O, hadisələri işıqlandırmağa gəlmişdi”.Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır"Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar" - Prezident bildirib. Dövlətimizin başçısı deyib ki, bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun, burada da Fransa yenə ön plandadır. “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”, - deyə Prezident vurğulayıb.
https://sputnik.az/20240110/lham-eliyev-yerli-telekanallara-musahibesinde-hansi-suallari-cavablandirib-vdeo-461874331.html
yeni kaledoniya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/0a/461873025_40:0:1733:1270_1920x0_80_0_0_f40633fe2c286bcfcf573cf9990a7cb4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, fransa, yeni kaledoniya, ermənistan
prezident ilham əliyev, fransa, yeni kaledoniya, ermənistan
Prezident İlham Əliyev Fransa ilə münasibətlərin kəskinləşmə səbəblərini açıqladı
İlham Əliyev deyib ki, Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır
BAKI, 10 yanvar - Sputnik. Biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.
“Biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”, - deyə dövlətimizin başçısı əlavə edib.
Xurşidbanu Natəvanın Fransada heykəlinin təhqir olunması məsələsinə də toxunan Prezident bu hadisə ilə ermənilərin Natəvanın Ağdamdakı məzarını qazmaları arasında müqayisə aparıb, burada bir oxşarlığın olduğunu qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Fransanın müstəmləkə siyasətindən bəhs edərkən ötən ay Yeni Kaledoniyada saxlanılan azərbaycanlı jurnalist qadın barədə danışıb.
Dövlətimizin başçısı bununla bağlı deyib: “Bu yaxınlarda Yeni Kaledoniyada bir azərbaycanlı jurnalist qadını saxlayıblar. Ümumiyyətlə, bu, hansı çərçivəyə sığır? Ondan casusluqda da şübhələniblər. O, hadisələri işıqlandırmağa gəlmişdi”.
Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır
"Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar" - Prezident bildirib.
Dövlətimizin başçısı deyib ki, bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun, burada da Fransa yenə ön plandadır. “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”, - deyə Prezident vurğulayıb.