https://sputnik.az/20240105/qarabag-son-25-ilin-rekorduna-imza-atib-461766931.html
“Qarabağ” son 25 ilin rekorduna imza atıb
“Qarabağ” son 25 ilin rekorduna imza atıb
Sputnik Azərbaycan
“Qarabağ”ın ötənilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 05.01.2024, Sputnik Azərbaycan
2024-01-05T16:55+0400
2024-01-05T16:55+0400
2024-01-05T16:55+0400
idman
qarabağ
futbol
"neftçi" futbol klubu
https://cdnn1.img.sputnik.az/img/07e7/02/11/451848849_0:103:2000:1228_1920x0_80_0_0_4d95ec84e282f5d7a1ec23caddd5a2ac.jpg
BAKI, 5 yanvar - Sputnik. Premyer Liqanın 2023-cü ildə keçirilən oyunlarında “Qarabağ” hamıdan çox qol (88) vurmaqla Azərbaycan çempionatlarında son 25 ilin rekorduna imza atıb.Peşəkar Futbol Liqasının rəsmi saytında yayılan məlumata görə, bu toplardan 45-i cari mövsümün ilk, 43-ü isə ötən mövsümün ikinci yarısına təsadüf edib.1998-ci ildən sonrakı dövr üçün əvvəlki rekord 87 qola bərabər idi. Buna 2022-ci ildə nail olan Ağdam klubu öz göstəricisini 2023-cü ildə yaxşılaşdırıb.Daha çox qola sonuncu dəfə 1998-ci ildə “Kəpəz” imza atıb. Qərblilər həmin vaxt 91 dəfə fərqləniblər.“Qarabağ”ın ötənilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 1995-ci ildə “Kəpəz” eyni sayda fərqlənib.Qeyd edək ki, mütləq rekord 1992-ci ildə 104 qol vuran “Neftçi”yə məxsusdur.Bir təqvim ilində 75 və daha çox qol vuranlar:1. “Neftçi” – 104 (1992)2. “Xəzər” (Sumqayıt) – 100 (1992)3. “Kəpəz” – 91 (1998)4-5. “Kəpəz” – 88 (1995)4-5. “Qarabağ” – 88 (2023)6. “Qarabağ” – 87 (2022)7. “Neftçi” – 78 (1996)8. “Kəpəz” – 76 (1992)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/11/451848849_114:0:1887:1330_1920x0_80_0_0_eeb20570e1cefb53cc39cc83832fa8e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, futbol, "neftçi" futbol klubu
qarabağ, futbol, "neftçi" futbol klubu
“Qarabağ” son 25 ilin rekorduna imza atıb
“Qarabağ”ın ötənilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır.
BAKI, 5 yanvar - Sputnik. Premyer Liqanın 2023-cü ildə keçirilən oyunlarında “Qarabağ” hamıdan çox qol (88) vurmaqla Azərbaycan çempionatlarında son 25 ilin rekorduna imza atıb.
Peşəkar Futbol Liqasının rəsmi saytında yayılan məlumata görə, bu toplardan 45-i cari mövsümün ilk, 43-ü isə ötən mövsümün ikinci yarısına təsadüf edib.
1998-ci ildən sonrakı dövr üçün əvvəlki rekord 87 qola bərabər idi. Buna 2022-ci ildə nail olan Ağdam klubu öz göstəricisini 2023-cü ildə yaxşılaşdırıb.
Daha çox qola sonuncu dəfə 1998-ci ildə “Kəpəz” imza atıb. Qərblilər həmin vaxt 91 dəfə fərqləniblər.
“Qarabağ”ın ötənilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 1995-ci ildə “Kəpəz” eyni sayda fərqlənib.
Qeyd edək ki, mütləq rekord 1992-ci ildə 104 qol vuran “Neftçi”yə məxsusdur.
Bir təqvim ilində 75 və daha çox qol vuranlar:
2. “Xəzər” (Sumqayıt) – 100 (1992)
4-5. “Qarabağ” – 88 (2023)