Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kriştianu Ronaldu bu il dünyanın ən çox qol vuran futbolçusu olub

© AFP 2023 / FAYEZ NURELDINEKriştianu Ronaldu
Kriştianu Ronaldu - Sputnik Azərbaycan, 1920, 30.12.2023
Abunə olmaq
Fransa yığmasının və PSJ-nin forvardı Kilian Mbappe 53 görüşdə vurduğu 52 qolla ikinci pillədə qərarlaşıb.
BAKI, 30 dekabr - Sputnik. 2023-cü ildə dünyanın ən çox qol vuran oyunçuları bəlli olub.
Bombardirlər siyahısına Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu başçılıq edir. 38 yaşlı futbolçu bu il klub və milli səviyyəsində keçirdiyi 58 matçda ümumilikdə 53 qola imza atıb.
Fransa yığmasının və PSJ-nin forvardı Kilian Mbappe 53 görüşdə vurduğu 52 qolla ikinci pillədə qərarlaşıb. İngiltərə millisinin hücumçusu Harri Keyn isə üçüncü olub. Almaniya "Bavariya"sında çıxış edən forvard 57 oyunda 52 dəfə rəqib qapılarına yol tapıb.
İngiltərənin “Mançester Siti” komandasının norveçli hücumçusu Erlinq Holann isə 60 oyunda 50 qolla dördüncüdür.
Xəbər lenti
0