https://sputnik.az/20231229/boks-uzre-azerbaycan-yigmasi-avropa-cempionatinda-rekord-netice-gosterib-460721402.html
Azərbaycan boksçuları 2023-cü ildə rekord sayda medal qazanıblar
Azərbaycan boksçuları 2023-cü ildə rekord sayda medal qazanıblar
Sputnik Azərbaycan
Azərbaycanın boks komandaları ötən illə müqayisədə 132 faiz irəliləyişə nail olublar. 29.12.2023, Sputnik Azərbaycan
2023-12-29T14:33+0400
2023-12-29T14:33+0400
2023-12-29T14:13+0400
boks
idman
medal
qızıl
gümüş
bürünc
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/14/460721237_0:0:924:520_1920x0_80_0_0_49172c305add8494a58b7be0bd268b1e.jpg
BAKI, 29 dekabr — Sputnik. Azərbaycan boksçularının 2023-cü ildə qazandıqları medalların sayı bəlli olub.Federasiyadan verilən məlumata görə, yığma üzvləri 26 turnirdə 179 mükafat əldə ediblər.Onlardan 35-i qızıl, 37-si gümüş, 107-si bürünc əyarlıdır. Nəticədə komandalarımız ötən illə müqayisədə 132 faiz irəliləyişə nail olublar.Boksçularımız bir il öncə 15 beynəlxalq yarışda 77 (30-20-27) medal qazanmışdılar.20.11.23, 16:24Boks üzrə Azərbaycan yığması Avropa çempionatında rekord nəticə göstəribAzərbaycan milli komandası 22 yaşadək boksçular arasında Avropa çempionatında medal sayında yeni rekord vurub. Federasiyadan verilən məlumata görə, yığma bu nailiyyətə Monteneqronun Budva şəhərində keçirilən qitə birinciliyində imza atıb. Komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. İndiyədək boksçular analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada milli komanda 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi. Bu dəfə 5 medal isə qitə çempionatında yeni rekorddur. Bu yaş qrupunda Nicat Hüseynov (51 kiloqram) ikiqat Avropa çempionu tituluna da yiyələnib. Onadək 2012-ci ildə Elvin İsayev (60 kiloqram), 2019-cu ildə Məhəmməd Abdullayev (+91 kiloqram) qitə birinciliyinin qızıl medalına sahib olub. U-22 Avropa çempionatı həm də qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub. Komandanın heyətində Marjona Savriyeva (50 kiloqram) 3-cü olmaqla, adını Azərbaycanın boks tarixinə yazdırıb. Qeyd edək ki, Avropa çempionatında Nicat Hüseynov (51 kiloqram) qızıl, Əzrək Bəbirov (57 kiloqram) gümüş, Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) bürünc medal qazanıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/14/460721237_0:0:840:630_1920x0_80_0_0_34ebd7296b6cf49fc82f2449e1ab4e9b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boks, medal, qızıl, gümüş, bürünc
boks, medal, qızıl, gümüş, bürünc
Azərbaycan boksçuları 2023-cü ildə rekord sayda medal qazanıblar
Azərbaycanın boks komandaları ötən illə müqayisədə 132 faiz irəliləyişə nail olublar.
BAKI, 29 dekabr — Sputnik. Azərbaycan boksçularının 2023-cü ildə qazandıqları medalların sayı bəlli olub.
Federasiyadan verilən məlumata görə, yığma üzvləri 26 turnirdə 179 mükafat əldə ediblər.
Onlardan 35-i qızıl, 37-si gümüş, 107-si bürünc əyarlıdır. Nəticədə komandalarımız ötən illə müqayisədə 132 faiz irəliləyişə nail olublar.
Boksçularımız bir il öncə 15 beynəlxalq yarışda 77 (30-20-27) medal qazanmışdılar.
Boks üzrə Azərbaycan yığması Avropa çempionatında rekord nəticə göstərib
Azərbaycan milli komandası 22 yaşadək boksçular arasında Avropa çempionatında medal sayında yeni rekord vurub.
Federasiyadan verilən məlumata görə, yığma bu nailiyyətə Monteneqronun Budva şəhərində keçirilən qitə birinciliyində imza atıb.
Komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. İndiyədək boksçular analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada milli komanda 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi. Bu dəfə 5 medal isə qitə çempionatında yeni rekorddur.
Bu yaş qrupunda Nicat Hüseynov (51 kiloqram) ikiqat Avropa çempionu tituluna da yiyələnib. Onadək 2012-ci ildə Elvin İsayev (60 kiloqram), 2019-cu ildə Məhəmməd Abdullayev (+91 kiloqram) qitə birinciliyinin qızıl medalına sahib olub.
U-22 Avropa çempionatı həm də qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub. Komandanın heyətində Marjona Savriyeva (50 kiloqram) 3-cü olmaqla, adını Azərbaycanın boks tarixinə yazdırıb.
Qeyd edək ki, Avropa çempionatında Nicat Hüseynov (51 kiloqram) qızıl, Əzrək Bəbirov (57 kiloqram) gümüş, Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) bürünc medal qazanıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.