https://sputnik.az/20231221/xankendide-tarixi-gun-30-ilden-sonra-ilk-defe-milli-komandalar-arasinda-oyun-olacaq-461457013.html
Xankəndidə tarixi gün: “Qarabağ” MOİK üzərində qələbə qazanıb
Xankəndidə tarixi gün: “Qarabağ” MOİK üzərində qələbə qazanıb
Sputnik Azərbaycan
“Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək. 21.12.2023, Sputnik Azərbaycan
2023-12-21T16:02+0400
2023-12-21T16:02+0400
2023-12-21T16:10+0400
xankəndi
idman
qarabağ
"qarabağ" fk
moik
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/15/461470860_0:49:945:581_1920x0_80_0_0_2a07fa728473f66a7f3cdd4830f528cc.jpg
BAKI, 21 dekabr — Sputnik. Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.Xankəndi şəhər stadionundakı qarşılaşmada “Qarabağ” MOİK-lə üz-üzə gəlib.Oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.“Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək.15:07Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.Xankəndi şəhər stadionunda keçirilən qarşılaşmada komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda 39-cu dəqiqədə zədələnərək Patrik Andrade ilə əvəzlənib.14:04Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında oyun başlayıb.Xankəndi şəhər stadionunda keçirilən qarşılaşma saat 14:00-da start götürüb. Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.Oyundan öncə komandalar meydana şəhid övladları ilə birlikdə çıxıblar. Daha sonra Dövlət Himni səsləndirilib. Ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçıdır. Cütün qalibi 1/4 finalda “Sabah” klubu ilə qarşılaşacaq.***Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edib.Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub.Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ” – MOİK görüşü başlayıb.***Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq. Son gündə iki oyun keçiriləcək. Günün ilk görüşü tarixi hadisənin yaşanması ilə əlamətdar olacaq. Çünki "Qarabağ" - MOİK görüşü Xankəndidə təşkil olunacaq. Ağdam təmsilçisi ilə "hərbçilər"in dueli işğaldan azad edilmiş ərazilərdə 30 illik fasilədən sonra ilk futbol matçı olacaq. Axırıncı dəfə 1993-cü ilin mayında "Qarabağ" Ağdamın "İmarət" stadionunda Tovuzun "Turan" klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. "Qarabağ" - MOİK görüşünün qalibi 1/4 finalda "Sabah"la qarşılaşacaq. 1/8 mərhələsinin son qarşılaşması Bakıda oynanılacaq. "Neftçi" I Liqanın lideri "Qaradağ Lökbatan"ı sınağa çəkəcək. "Neftçi Arena"da baş tutacaq görüşü Kamran Əliyev idarə edəcək. Bu cütdən qalib ayrılacaq komanda növbəti mərhələdə "Sumqayıt"a rəqib olacaq. Qeyd edək ki, mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda iki cütlük müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda "Səbail" "Zirə" ilə, "Araz-Naxçıvan" isə "Qəbələ" ilə qarşılaşacaq. Azərbaycan Kuboku 1/8 final 21 dekabr 14:00. "Qarabağ" – MOİK 18:00. "Neftçi" – "Qaradağ Lökbatan" Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Azər Əsgərov. "Neftçi Arena".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/15/461470860_53:0:893:630_1920x0_80_0_0_439c0931feee8cc4729eef539649e0b9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xankəndi, qarabağ, "qarabağ" fk, moik
xankəndi, qarabağ, "qarabağ" fk, moik
Xankəndidə tarixi gün: “Qarabağ” MOİK üzərində qələbə qazanıb
16:02 21.12.2023 (Yenilənib: 16:10 21.12.2023) “Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək.
BAKI, 21 dekabr — Sputnik. Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Xankəndi şəhər stadionundakı qarşılaşmada “Qarabağ” MOİK-lə üz-üzə gəlib.
Oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.
“Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək.
Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.
Xankəndi şəhər stadionunda keçirilən qarşılaşmada komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda 39-cu dəqiqədə zədələnərək Patrik Andrade ilə əvəzlənib.
Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında oyun başlayıb.
Xankəndi şəhər stadionunda keçirilən qarşılaşma saat 14:00-da start götürüb. Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Oyundan öncə komandalar meydana şəhid övladları ilə birlikdə çıxıblar. Daha sonra Dövlət Himni səsləndirilib. Ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçıdır. Cütün qalibi 1/4 finalda “Sabah” klubu ilə qarşılaşacaq.
Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edib.
Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub.
Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ” – MOİK görüşü başlayıb.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Son gündə iki oyun keçiriləcək.
Günün ilk görüşü tarixi hadisənin yaşanması ilə əlamətdar olacaq. Çünki "Qarabağ" - MOİK görüşü Xankəndidə təşkil olunacaq. Ağdam təmsilçisi ilə "hərbçilər"in dueli işğaldan azad edilmiş ərazilərdə 30 illik fasilədən sonra ilk futbol matçı olacaq. Axırıncı dəfə 1993-cü ilin mayında "Qarabağ" Ağdamın "İmarət" stadionunda Tovuzun "Turan" klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. "Qarabağ" - MOİK görüşünün qalibi 1/4 finalda "Sabah"la qarşılaşacaq.
1/8 mərhələsinin son qarşılaşması Bakıda oynanılacaq. "Neftçi" I Liqanın lideri "Qaradağ Lökbatan"ı sınağa çəkəcək. "Neftçi Arena"da baş tutacaq görüşü Kamran Əliyev idarə edəcək. Bu cütdən qalib ayrılacaq komanda növbəti mərhələdə "Sumqayıt"a rəqib olacaq.
Qeyd edək ki, mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda iki cütlük müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda "Səbail" "Zirə" ilə, "Araz-Naxçıvan" isə "Qəbələ" ilə qarşılaşacaq.
18:00. "Neftçi" – "Qaradağ Lökbatan"
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.