Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın qeyri-neft məhsullarının ixrac edildiyi ilk 5 ölkə - Cədvəl

© iStock.com / Artem_EgorovKonteynerlər, arxiv şəkli
Konteynerlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.12.2023
Abunə olmaq
Ekspert deyir ki, bu ilin axırına Azərbaycanın qeyri-neft məhsullarının ixracı 3 milyard dollara çata bilər. Qeyri-neft məhsulları içərisində ən çox elektrik enerjisi ixrac edilib.
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanın qeyri-neft məhsullarının ixracı artır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1% artaraq 2,7 milyard dollar təşkil edib. 2023-cü ilin yanvar-oktyabr aylarında yeyinti məhsulları üzrə ixrac 706,9 milyon dollara bərabər olub.
2023-cü ilin yanvar-oktyabr aylarında Rusiyaya 881,4 milyon dollar, Türkiyəyə 675,9 milyon dollar, Gürcüstana 266,3 milyon dollar, İsveçrəyə 129,8 milyon dollar, Qazaxıstana 84,2 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Azərbaycandan Rusiyaya ixrac artıb
Qeyd edək ki, illik müqayisədə bu ilin 10 ayında Azərbaycandan qeyri-neft məhsullarının ixracı Rusiyaya 28,2%, Türkiyəyə 16%, Gürcüstana 62%, Qazaxıstana 12,2% artıb. İsveçrəyə ixrac isə 14,9% azalıb.
"İlin axırına qeyri-neft məhsullarının ixracı 3 milyard dollara çata bilər"
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracında artım davam edir:

"Bu ilin axırına qeyri-neft məhsullarının ixracı 3 milyard dollara çata bilər. Lakin qonşu ölkələrlə müqayisə etsək, bizim qeyri-neft məhsullarının ixracı hələlik aşağıdır".

O bildirib ki, cari ilin 10 ayında qeyri-neft məhsulları içərisində ən çox elektrik enerjisi (348,1 milyon dollar) ixrac edilib:
© Photo : courtesy of Khalid Karimliiqtisadçı-ekspert Xalid Kərimli
iqtisadçı-ekspert Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 19.12.2023
iqtisadçı-ekspert Xalid Kərimli
"Keçən ilin eyni dövrü ilə müqayisədə bu il elektrik enerjisinin ixracı 5,3 dəfə artıb. Bundan başqa, meşə fındığı, şaftalı, xurma, albalı və gilas və digər məhsulların ixracında artım müşahidə edilir".

"Növbəti ildə qeyri-neft məhsulları ixracının daha da artacağını proqnozlaşdırmaq olar", - deyə ekspert əlavə edib.

İxracda elektrik enerjisi birinci, pomidor ikinci, qızıl üçüncü olub
Xatırladaq ki, cari ilin 10 ayı ərzində spirtli və spirtsiz içkilərin ixracı 2,9 dəfə, plastmassa və ondan hazırlanan məmulatların ixracı 24,6%, qara metallardan məmulatların ixracı 19,8%, meyvə-tərəvəz ixracı isə 11,5% artıb.
Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi birinci olub. Bu siyahıda pomidor (tomat) ikinci, qızıl isə üçüncü yerdə qərarlaşıb.
Əlavə edək ki, təkcə bu ilin oktyabr ayını götürsək, qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (94,1 milyon dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci və Gürcüstan üçüncü olub.
Azərbaycan-Rusiya sərhədi - Sputnik Azərbaycan, 1920, 17.10.2023
İQTİSADİYYAT
Azərbaycanın Rusiyaya nə qədər qeyri-neft məhsulları ixrac etdiyi məlum olub
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0