https://sputnik.az/20231017/azerbaycanin-rusiyaya-ne-qeder-qeyri-neft-mehsullari-ixrac-etdiyi-melum-olub-459673550.html
Azərbaycanın Rusiyaya nə qədər qeyri-neft məhsulları ixrac etdiyi məlum olub
Azərbaycanın Rusiyaya nə qədər qeyri-neft məhsulları ixrac etdiyi məlum olub
Sputnik Azərbaycan
Rusiyadan ümumi idxal isə 2 milyard 269.5 milyon dollar təşkil edib. 17.10.2023, Sputnik Azərbaycan
2023-10-17T14:16+0400
2023-10-17T14:16+0400
2023-10-17T14:16+0400
rusiya
iqtisadiyyat
qeyri-neft
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698936_0:82:3071:1809_1920x0_80_0_0_28c263a26bffc16a3114eef504f9caa7.jpg
BAKI, 17 oktyabr — Sputnik. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 787 milyon 347 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarda, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.7% və ya 185.1 milyon dollar çoxdur. 2022-ci ilin ilk 9 ayında Azərbaycandan Rusiyaya 602 milyon 185 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Qeyd edək ki, hesabat dövründə Azərbaycanla Rusiya arasında olan ticarət dövriyyəsi illik müqayisədə 23.5% və ya 595.3 milyon dollar artaraq 3 milyard 133.5 milyon dollara bərabər olub. Bu dövrdə Rusiyaya ümumi ixrac 864 milyon dollar, Rusiyadan ümumi idxal isə 2 milyard 269.5 milyon dollar təşkil edib. Xatırladaq ki, cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 8.01%-ə yüksəlib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698936_340:0:3071:2048_1920x0_80_0_0_dbd6a6bad4d838d6f889f7a9c5c194ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, qeyri-neft
Azərbaycanın Rusiyaya nə qədər qeyri-neft məhsulları ixrac etdiyi məlum olub
Rusiyadan ümumi idxal isə 2 milyard 269.5 milyon dollar təşkil edib.
BAKI, 17 oktyabr — Sputnik. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 787 milyon 347 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarda, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.7% və ya 185.1 milyon dollar çoxdur. 2022-ci ilin ilk 9 ayında Azərbaycandan Rusiyaya 602 milyon 185 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanla Rusiya arasında olan ticarət dövriyyəsi illik müqayisədə 23.5% və ya 595.3 milyon dollar artaraq 3 milyard 133.5 milyon dollara bərabər olub. Bu dövrdə Rusiyaya ümumi ixrac 864 milyon dollar, Rusiyadan ümumi idxal isə 2 milyard 269.5 milyon dollar təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 8.01%-ə yüksəlib.