Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" yeni rekorda imza atıb

© Sputnik / Murad OrujovQarabağ
Qarabağ - Sputnik Azərbaycan, 1920, 19.12.2023
Abunə olmaq
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Premyer Liqanın XVII turunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəlib.
BAKI, 19 dekabr — Sputnik. "Qarabağ" Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Peşəkar Futbol Liqası məlumat yayıb ki, Ağdam təmsilçisi eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Premyer Liqanın XVII turunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəlib.
Matçdakı sonuncu qolun müəllifi olan Hamidu Keyta "Qarabağ"ın Azərbaycan derbisindəki 120-ci qoluna imza atıb. Ağdam təmsilçisi bu göstəriciyə 93-cü matçda çatıb.
Bu görüşədək rekord "Neftçi"yə məxsus idi. Bakılılar "Şamaxı" ilə qarşılaşmalarda 119 qol vurub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0