Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib

© Photo : Social media page of FC Qarabag Qarabağ futbolçuları
Qarabağ futbolçuları - Sputnik Azərbaycan, 1920, 18.12.2023
Abunə olmaq
UEFA Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək.
BAKI, 18 dekabr — Sputnik. "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan çempionu Portuqaliya klubu "Braqa"ya rəqib olub.
UEFA Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında yer aldığı H qrupunu 10 xalla ikinci pillədə başa vurub.
Xəbər lenti
0