https://sputnik.az/20231218/lenkeranda-qizilcadan-olen-usagin-babasi-bu-bizim-sehvimiz-oldu-461395803.html
Lənkəranda qızılcadan ölən uşağın babası: "Bu, bizim səhvimiz oldu"
Lənkəranda qızılcadan ölən uşağın babası: "Bu, bizim səhvimiz oldu"
Sputnik Azərbaycan
Elçin Abıyev evdə digər nəvəsinin də qızılcaya yoluxduğunu, hazırda xəstəxada olduğunu söyləyib. 18.12.2023, Sputnik Azərbaycan
2023-12-18T17:25+0400
2023-12-18T17:25+0400
2023-12-18T17:25+0400
qızılca
səhiyyə
lənkəran
ölüm
peyvənd
https://cdnn1.img.sputnik.az/img/42363/37/423633771_0:155:1920:1235_1920x0_80_0_0_3c36703d134354e7310632f552c35add.jpg
BAKI, 18 dekabr — Sputnik. Lənkəranda qızılcadan ölən uşaq qızılcaya qarşı vaksin olunmayıb. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında azyaşlının babası Elçin Abıyev söyləyib. O, bildirib ki, qızılcadan ölən nəvəsi Uğur anadan olunanda xəstəlik keçirdiyindən peyvənddən imtina ediblər. "Nəvəm pnevmoniya olduğundan peyvənd vurmağa qoymadım. Bu, bizim səhvimiz oldu, gərək vaksin etdirərdik. Uğur evimizin ikinci uşağı idi. O biri nəvəm də qızılcaya yoluxub, hazırda xəstəxanadadır" - E.Abıyev bildirib. Uşağın babası onu da əlavə edib ki, azyaşlıya müalicə təyin olunsa da effekt verməyib, xəstəlik ağırlaşıb. Xatırladaq ki, Lənkəran rayonun Şirinsu qəsəbə sakini, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə bundan əvvəl yüksək hərarətlə həkimə müraciət edib. Uşağın halı pisləşdiyi üçün dünən yaxınları tərəfindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsələr də, onu xilas etmək mümkün olmayıb. Bununla da son bir ay ərzində Azərbaycanın müxtəlif bölgələrində qızılcadan artıq səkkizinci uşaq dünyasını dəyişib.
https://sputnik.az/20240128/bakida-bir-sinifde-19-sagird-qizilcaya-yoluxdu-460915823.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42363/37/423633771_217:0:1920:1277_1920x0_80_0_0_c6d5ad3fc8e25b92db757472a23af7e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qızılca, lənkəran, ölüm, peyvənd
qızılca, lənkəran, ölüm, peyvənd
Lənkəranda qızılcadan ölən uşağın babası: "Bu, bizim səhvimiz oldu"
Elçin Abıyev evdə digər nəvəsinin də qızılcaya yoluxduğunu, hazırda xəstəxada olduğunu söyləyib.
BAKI, 18 dekabr — Sputnik. Lənkəranda qızılcadan ölən uşaq qızılcaya qarşı vaksin olunmayıb. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında azyaşlının babası Elçin Abıyev söyləyib. O, bildirib ki, qızılcadan ölən nəvəsi Uğur anadan olunanda xəstəlik keçirdiyindən peyvənddən imtina ediblər.
"Nəvəm pnevmoniya olduğundan peyvənd vurmağa qoymadım. Bu, bizim səhvimiz oldu, gərək vaksin etdirərdik. Uğur evimizin ikinci uşağı idi. O biri nəvəm də qızılcaya yoluxub, hazırda xəstəxanadadır" - E.Abıyev bildirib.
Uşağın babası onu da əlavə edib ki, azyaşlıya müalicə təyin olunsa da effekt verməyib, xəstəlik ağırlaşıb.
Xatırladaq ki, Lənkəran rayonun Şirinsu qəsəbə sakini, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə bundan əvvəl yüksək hərarətlə həkimə müraciət edib. Uşağın halı pisləşdiyi üçün dünən yaxınları tərəfindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsələr də, onu xilas etmək mümkün olmayıb.
Bununla da son bir ay ərzində Azərbaycanın müxtəlif bölgələrində qızılcadan artıq səkkizinci uşaq dünyasını dəyişib.