Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

ETSN əhaliyə xəbərdarlıq edib

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidBakıya mənzərə, arxiv şəkli
Bakıya mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.12.2023
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, ehtiyatlı davranmaq tövsiyə olunur.
BAKI, 17 dekabr - Sputnik. Ölkə ərazisində hava şəraitinin sərtləşəcəyi, xüsusən güclü külək əsəcəyi proqnozlaşdırılır. Bakı və Abşeron yarımadasında şimal küləyinin, rayonlarda qərb küləyinin güclü olması ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, bu səbəbdən daha ehtiyatlı davranmaq tövsiyə olunur:
“Hava məlumatlarını diqqətlə izləyin, gün ərzində küləyin güclənəcəyi proznozunu unutmayın. Bir daha xatırladırıq ki, uşaqları nəzarətsiz buraxmayın, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamayın.
Tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmamaq məsləhətdir.
Unutmayaq ki, ehtiyatlı davranmaq hər birimizin sağlamlığı və təhlükəsizliyi üçün vacibdir!"
Küləkli hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.12.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Dekabrın 18-i ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir
Xəbər lenti
0