https://sputnik.az/20231217/dekabrin-18-i-olke-erazisinde-hava-seraitinin-keskin-deyismesi-gozlenilir-461372316.html
Dekabrın 18-i ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir
Dekabrın 18-i ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir
Sputnik Azərbaycan
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük... 17.12.2023, Sputnik Azərbaycan
2023-12-17T14:43+0400
2023-12-17T14:43+0400
2023-12-17T16:39+0400
azərbaycan xəbərləri
külək
güclü külək
yol polisi
baş dövlət yol polisi idarəsi
dövlət yol polisi idarəsi
bakı şəhər baş polis idarəsinin dövlət yol polisi idarəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460852897_0:0:3047:1714_1920x0_80_0_0_a6ad5d82d711249135a2425f59162f92.jpg
BAKI, 17 dekabr - Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.Müraciətdə deyilir:"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, dekabrın 18-i səhərədək ölkə ərazisində hava şəraitinin külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.Verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur. Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460852897_0:36:2636:2013_1920x0_80_0_0_7957602c7e57caf70974edc03c3bda55.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
külək, güclü külək, yol polisi, baş dövlət yol polisi idarəsi, dövlət yol polisi idarəsi, bakı şəhər baş polis idarəsinin dövlət yol polisi idarəsi
külək, güclü külək, yol polisi, baş dövlət yol polisi idarəsi, dövlət yol polisi idarəsi, bakı şəhər baş polis idarəsinin dövlət yol polisi idarəsi
Dekabrın 18-i ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir
14:43 17.12.2023 (Yenilənib: 16:39 17.12.2023) Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
BAKI, 17 dekabr - Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, dekabrın 18-i səhərədək ölkə ərazisində hava şəraitinin külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
Verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".