https://sputnik.az/20231214/qarabagin-potensial-reqibleri-mueyyenlesdi-461297640.html
"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi
"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi
Sputnik Azərbaycan
Qitənin ən nüfuzlu klub turnirində qrup üçüncüləri olan komandalar mübarizəni AL-də davam etdirəcəklər. 14.12.2023, Sputnik Azərbaycan
2023-12-14T12:08+0400
2023-12-14T12:08+0400
2023-12-14T12:12+0400
"qarabağ" fk
idman
rəqib
uefa çempionlar liqası
çempionlar liqası
çempionlar liqası
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457356188_0:0:2048:1153_1920x0_80_0_0_bd7281f94887506a05c3382fa9259424.jpg
BAKI, 14 dekabr — Sputnik. "Qarabağ"ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib. Buna UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son matçlarının ardından aydınlıq gəlib. Qitənin ən nüfuzlu klub turnirində qrup üçüncüləri olan komandalar mübarizəni AL-də davam etdirəcəklər. Onlar bu turnirin qrup ikinciləri ilə pley-offda qarşılaşacaqlar. Hazırda H qrupunda ikinci pillədə qərarlaşan "Qarabağ" İsveçin "Hakken" klubu ilə bu gün keçiriləcək görüşdən sonra da mövqeyini dəyişməsə, ÇL-in qrupunda üçüncü yeri tutanlardan biri ilə üz-üzə gələcək. Potensial rəqiblər sırasında Türkiyə çempionu "Qalatasaray" da var. Qurban Qurbanovun kollektivi İtaliya nəhəngi "Milan"la da qarşılaşa bilər. "Qarabağ" Avropa Liqasında mübarizəni davam etdirə bilsə, pley-offdakı rəqibi dekabrın 18-də təşkil olunacaq püşkatmada bilinəcək. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. "Qarabağ"ın potensial rəqibləri: "Qalatasaray" (Türkiyə) "Lans" (Fransa) "Braqa" (Portuqaliya) "Benfika" (Portuqaliya) "Feyenoord" (Niderland) "Milan" (İtaliya) "Yanq Boyz" (İsveçrə) "Şaxtyor" (Donetsk, Ukrayna) Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Hakken" oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457356188_214:0:2034:1365_1920x0_80_0_0_de0f6f00be1a79df670e83180c9ccad7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"qarabağ" fk, rəqib, uefa çempionlar liqası, çempionlar liqası, çempionlar liqası
"qarabağ" fk, rəqib, uefa çempionlar liqası, çempionlar liqası, çempionlar liqası
"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi
12:08 14.12.2023 (Yenilənib: 12:12 14.12.2023) Qitənin ən nüfuzlu klub turnirində qrup üçüncüləri olan komandalar mübarizəni AL-də davam etdirəcəklər.
BAKI, 14 dekabr — Sputnik. "Qarabağ"ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
Buna UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son matçlarının ardından aydınlıq gəlib.
Qitənin ən nüfuzlu klub turnirində qrup üçüncüləri olan komandalar mübarizəni AL-də davam etdirəcəklər. Onlar bu turnirin qrup ikinciləri ilə pley-offda qarşılaşacaqlar. Hazırda H qrupunda ikinci pillədə qərarlaşan "Qarabağ" İsveçin "Hakken" klubu ilə bu gün keçiriləcək görüşdən sonra da mövqeyini dəyişməsə, ÇL-in qrupunda üçüncü yeri tutanlardan biri ilə üz-üzə gələcək.
Potensial rəqiblər sırasında Türkiyə çempionu "Qalatasaray" da var. Qurban Qurbanovun kollektivi İtaliya nəhəngi "Milan"la da qarşılaşa bilər.
"Qarabağ" Avropa Liqasında mübarizəni davam etdirə bilsə, pley-offdakı rəqibi dekabrın 18-də təşkil olunacaq püşkatmada bilinəcək. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.
"Qarabağ"ın potensial rəqibləri:
"Şaxtyor" (Donetsk, Ukrayna)
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Hakken" oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.