Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" - "Hakken" oyununu kim idarə edəcək

© AFP 2023 / ODD ANDERSENFutbol hakimi, arxiv şəkli
Futbol hakimi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.12.2023
Abunə olmaq
Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Hakken" görüşü saat 21:45-də başlayacaq.
BAKI, 12 dekabr — Sputnik. Bakıda "Qarabağ" və İsveçin "Hakken" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun matçının təyinatları bəlli olub.
AFFA-nın məlumatına görə, qarşılaşma Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Yucin Cayaya Doyando Miftari və Rejdi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion Yzeiraj yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto və Valerio Marini yer alacaq. Maltalı Alan Mario Sant hakim-inspektor olacaq.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Hakken" görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. "Hakken"in isə hesabında xal yoxdur.
Xəbər lenti
0