Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avro 2024-də istifadə olunacaq futbol topu əl toxunuşlarını qeydə almağa kömək edəcək

© AP Photo / Michael SohnFutbol topu
Futbol topu - Sputnik Azərbaycan, 1920, 07.12.2023
Abunə olmaq
Topun içərisinə əzaların izləmə texnologiyasına malik xüsusi mikroçip quraşdırılacaq və o, real vaxt rejimində futbolçunun üçölçülü görüntüsünü yarada biləcək.
BAKI, 5 dekabr — Sputnik. 2024-cü il Avropa çempionatında istifadə olunacaq futbol topu hakimlərə əl toxunuşlarını qeyd etməyə kömək edəcək. Bu barədə Britaniyanın "The Times" qəzeti yazıb.
Belə ki, topun içərisinə əzaların izləmə texnologiyasına malik xüsusi mikroçip quraşdırılacaq və o, real vaxt rejimində futbolçunun üçölçülü görüntüsünü yarada biləcək. Bu görüntü videoköməkçi hakim (VAR) sisteminə topla idmançının bədəni arasında dəqiq təmas nöqtəsini müəyyən etməyə imkan verəcək.
Qətərdə keçirilən son Dünya Kubokunda yarımavtomatik ofsayd aşkarlama sistemi üçün nəzərdə tutulan - zərbə nöqtəsini təyin edən sensorlu topdan istifadə edilib. Hazırda avrokubok oyunlarında belə sistemdən istifadə olunur.
Xatırladaq ki, UEFA və "Adidas" şirkəti Avro 2024-ün rəsmi topunu noyabrda təqdim ediblər. Yarışlar gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Xəbər lenti
0