Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Qarabağda tapılmış minaların sayı açıqlanıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidQarabağda yol kənarında mina
Qarabağda yol kənarında mina - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Abunə olmaq
Antiterror əməliyyatlarına qədər Qarabağda 147 988 min hektar ərazi ağır çirkləndirilmiş, 675 570 min hektar ərazi isə orta və az çirklənmiş hesab edilirdi.
BAKI, 4 dekabr — Sputnik. "Qarabağda 1.5 milyon mina basdırılıb". Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr idarəsinin müavini Fərid İsayev "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağda hərbi təyinatlı olmayan ərazilərdə də çoxlu minalar basdırılıb.
"Qarabağda qəbiristanlıqlar, su quyuları da mina və partlamamış hərbi sursat ilə çirkləndirilib. Antiterror əməliyyatlarına qədər Qarabağda 147 988 min hektar ərazi ağır çirkləndirilmiş, 675 570 min hektar ərazi isə orta və az çirklənmiş hesab edilirdi", - deyə qurum rəsmisi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva, arxiv - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası
Bu günə kimi ölkədə 3416 nəfər minadan zərərçəkən qeydə alınıb
Xəbər lenti
0