https://sputnik.az/20231204/bu-gune-kimi-olkede-3416-nefer-minadan-zererceken-qeyde-alinib-461050641.html
Bu günə kimi ölkədə 3416 nəfər minadan zərərçəkən qeydə alınıb
Bu günə kimi ölkədə 3416 nəfər minadan zərərçəkən qeydə alınıb
Sputnik Azərbaycan
İnsan Hüquqları üzrə Müvəkkil Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizdə çoxsaylı minalar və partlamamış hərbi sursatlar məsələsinə toxunub. 04.12.2023, Sputnik Azərbaycan
2023-12-04T09:49+0400
2023-12-04T09:49+0400
2023-12-04T10:13+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
ombudsman
ombudsman səbinə əliyeva
mina
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747701_0:185:3072:1913_1920x0_80_0_0_65d3390ca5398f2a04ddda39c09e3c2a.jpg
BAKI, 4 dekabr - Sputnik. "Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal dövründə, habelə ondan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizdə çoxsaylı minalar və partlamamış hərbi sursatlar mövcuddur, qarşı tərəf isə hələ də onların xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir".Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.Onun sözlərinə görə, statistik məlumatlara əsasən, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək mülki şəxslərin üstünlük təşkil etdiyi 65 nəfər mina partlayışı nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb:Ombudsman onu da bildirib ki, çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə insanın əlilliyinə səbəb olan qlobal mina terroru işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq, bərpa işlərinə, eləcə də ədalətli və davamlı sülhə ciddi maneə yaratmaqda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışı prosesini ləngitməkdə davam edir.Sonda İnsan Hüquqları üzrə Müvəkkil Ombudsman təsisatı ilə səmərəli əməkdaşlığa və bugünkü dəyirmi masanın təşkil edilməsində fəal iştirakına görə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747701_341:0:3072:2048_1920x0_80_0_0_80d0818f9a07f9767a2c4d776c5bd59d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ombudsman, ombudsman səbinə əliyeva, mina
ombudsman, ombudsman səbinə əliyeva, mina
Bu günə kimi ölkədə 3416 nəfər minadan zərərçəkən qeydə alınıb
09:49 04.12.2023 (Yenilənib: 10:13 04.12.2023) İnsan Hüquqları üzrə Müvəkkil Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizdə çoxsaylı minalar və partlamamış hərbi sursatlar məsələsinə toxunub.
BAKI, 4 dekabr - Sputnik. "Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal dövründə, habelə ondan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizdə çoxsaylı minalar və partlamamış hərbi sursatlar mövcuddur, qarşı tərəf isə hələ də onların xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir".
Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, statistik məlumatlara əsasən, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək mülki şəxslərin üstünlük təşkil etdiyi 65 nəfər mina partlayışı nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb:
"Ümumilikdə 1991-ci ildən bu günə kimi 357 nəfəri uşaqlar, 38 nəfəri isə qadınlar olmaqla 3416 nəfər minadan zərərçəkən qeydə alınıb".
Ombudsman onu da bildirib ki, çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə insanın əlilliyinə səbəb olan qlobal mina terroru işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq, bərpa işlərinə, eləcə də ədalətli və davamlı sülhə ciddi maneə yaratmaqda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışı prosesini ləngitməkdə davam edir.
Sonda İnsan Hüquqları üzrə Müvəkkil Ombudsman təsisatı ilə səmərəli əməkdaşlığa və bugünkü dəyirmi masanın təşkil edilməsində fəal iştirakına görə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.