https://sputnik.az/20231204/lavasli-delikatesler-tez-hazirlanan-ve-orijinal-reseptler-461064275.html
Lavaşlı delikateslər: tez hazırlanan və orijinal reseptlər
Lavaşlı delikateslər: tez hazırlanan və orijinal reseptlər
Sputnik Azərbaycan
Buğda unundan hazırlanan nazik qida məhsulunun qastronomik tarixi bəşəriyyətin yarandığı vaxta qədər gedib çıxır. Bu gün lavaş dünyda məhşurdur. Çörək kimi də... 04.12.2023, Sputnik Azərbaycan
2023-12-04T22:14+0400
2023-12-04T22:14+0400
2023-12-04T22:14+0400
lavaş
yazarlar
bişirmək
pizza
yemək
ət
"pendir kralı"
pomidor
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/03/434842022_0:162:3067:1887_1920x0_80_0_0_ab445a344a4715aec156919b215ee794.jpg
BAKI, 4 dekabr — Sputnik. Lavaşı əsl nadir qidalardan biri adlandırmaq olar, çünki mövcudluğu boyu onun resepti dəyişməyib. Onun hazırlanması üçün yalnız üç məhsul lazım olur - un, duz, su. Dietoloqlar lavaşı insan üçün ən faydalı çörək məhsullardan biri adlandırırlar: o, asanlıqla həzm olunur, kalorisi isə azdır. Azərbaycan və Türkiyə üçün lavaş təkcə yemək deyil, həm də mədəniyyətin bir parçasıdır. Təsadüfi deyil ki, 2016-cı ildə buğda unundan hazırlanan bu qida məhsulu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Ev menyusunu şaxələndirmək üçün lavaşın əsas olduğu bir neçə maraqlı resept seçdik və qida məhsuluna inqrediyentlər ələva etdikdə tamamilə yeni yemək alınır. Çudu və pizza hazırlamağı sizə təklif edirik. Qızardılmış çudu Reseptə iki əsas məhsul daxildir - lavaş və çəkilmiş ət. Yemək çox tez hazırlanır. On dəqiqə ərzində masanızda ləzzətli, xırtıldayan qızardılmış çudu olacaq. Yeri gəlmişkən, içliyini həm ətdən, həm də pəhrizli qidalardan hazırlamaq olar. Hazır lavaşdan istifadə sayəsində ev xanımının xəmir yoğurmasına ehtiyac qalmaması vacibdir. İnqrediyentlər: yumru formada nazik lavaş, çəkilmiş ət (və ya hər hansı digər içlik), soğan, yumurta, duz, istiot, ədviyyatlar. Hazırlanması Çəkilmiş əti götürün və üzərinə xırda doğranmış soğan əlavə edin. Unutmayın ki, soğan nə qədər çox olsa, çudu bir o qədər ləzzətli olacaq. Orta hesabla, bir çuduya iki yemək qaşığı çəkilmiş ət və yarım orta soğan lazımdır. Soğanlı çəkilmiş ətə duz, ədviyyat və bir az su əlavə edin. Yaxşıca qarışdırın. Yumurtanın ağını sarısından ayırın. Çəkilmiş əti lavaşın yarı hissəsinə əlavə edin və kənarlarını bərkitmək üçün yumurta ağı ilə fırçalayın. Kenarları birləşdirin və çəngəl dişləri ilə sıxaraq bərkidin. Hazır olmuş çudunun üzərinə yumurtanın sarısını sürtün və əvvəlcədən yağla qızdırılan tavaya qoyun. Hazır olana qədər hər iki tərəfi qızardın. Lavaşdan hazırlanan pizza Bu klassik italyan yeməyinin orijinal versiyasıdır. Ləzzətli, ətirli, çox nazik xəmirdə olan pizza eyni zamanda çox tez hazırlanır. Bu pizza sobada ərsəyə gətirilir. Belə bir pizzanın hazırlanmasının əsas sirri onu sobada çox saxlamamaqdır! İnqrediyentlər: yumru formada nazik lavaş - 2 ədəd, sərt pendir - 100 q, yarım hisə verilmiş kolbasa - 120 q, bolqar bibəri - 40 q, adi soğan - 1 ədəd, pomidor sousu. Hazırlanması Pizzanın yanmaması üçün soba tavasına ikiqat yanmayan kağız qoymaq lazımdır. Kağızı həmçinin günəbaxan yağı ilə də yağlamaq olar. Lavaşın ilk dairəsini soba tavasındakı yanmayan kağızın üzərinə qoyun. Üstünə pendirin üçdə birini incə rəndələyin. Sonra isə ikinci lavaşı üzərinə əlavə edin. Pendir lavaşı möhkəm bir birinə yapışdıracaq və çox tez bişdikdə pizzanın qurumasının qarşısını alacaq. Lavaşın üzərinə pomidor sousu çəkin və üstünə kolbasa qoyun. Bibər və soğanı incə halqalara doğrayın. Pizza çox qısa müddətə bişiriləcəyi üçün halqalar çox nazik, bir neçə millimetr qalınlığında olmalıdır. Pizzanın üzərinə bibər və soğan səpin. Pendirin qalan üçdə ikisini isə üzərinə rəndələyin. Pizzanı 180 dərəcə qızdırılmış sobada maksimum yeddi dəqiqə bişirin. Pendir bişən kimi onu çıxarın. Masaya təqdim edildiyi zaman barbekü kimi isti sous da əlavə edə bilərsiniz.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Kurt Marta
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427882464_0:320:960:1280_100x100_80_0_0_a5fa1676cd18e7d3adffc6a6a6eeec72.jpg
Kurt Marta
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427882464_0:320:960:1280_100x100_80_0_0_a5fa1676cd18e7d3adffc6a6a6eeec72.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/03/434842022_168:0:2899:2048_1920x0_80_0_0_5ebf798920ac6280e20b35cb691a09c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kurt Marta
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427882464_0:320:960:1280_100x100_80_0_0_a5fa1676cd18e7d3adffc6a6a6eeec72.jpg
lavaş, bişirmək, pizza, yemək, ət, "pendir kralı", pomidor
lavaş, bişirmək, pizza, yemək, ət, "pendir kralı", pomidor
Lavaşlı delikateslər: tez hazırlanan və orijinal reseptlər
Buğda unundan hazırlanan nazik qida məhsulunun qastronomik tarixi bəşəriyyətin yarandığı vaxta qədər gedib çıxır. Bu gün lavaş dünyda məhşurdur. Çörək kimi də istifadə olunur, biz isə çudu və pizza hazırlamağı təklif edirik.
BAKI, 4 dekabr — Sputnik. Lavaşı əsl nadir qidalardan biri adlandırmaq olar, çünki mövcudluğu boyu onun resepti dəyişməyib. Onun hazırlanması üçün yalnız üç məhsul lazım olur - un, duz, su. Dietoloqlar lavaşı insan üçün ən faydalı çörək məhsullardan biri adlandırırlar: o, asanlıqla həzm olunur, kalorisi isə azdır.
Azərbaycan və Türkiyə üçün lavaş təkcə yemək deyil, həm də mədəniyyətin bir parçasıdır. Təsadüfi deyil ki, 2016-cı ildə buğda unundan hazırlanan bu qida məhsulu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Ev menyusunu şaxələndirmək üçün lavaşın əsas olduğu bir neçə maraqlı resept seçdik və qida məhsuluna inqrediyentlər ələva etdikdə tamamilə yeni yemək alınır. Çudu və pizza hazırlamağı sizə təklif edirik.
Reseptə iki əsas məhsul daxildir - lavaş və çəkilmiş ət. Yemək çox tez hazırlanır. On dəqiqə ərzində masanızda ləzzətli, xırtıldayan qızardılmış çudu olacaq. Yeri gəlmişkən, içliyini həm ətdən, həm də pəhrizli qidalardan hazırlamaq olar. Hazır lavaşdan istifadə sayəsində ev xanımının xəmir yoğurmasına ehtiyac qalmaması vacibdir.
İnqrediyentlər: yumru formada nazik lavaş, çəkilmiş ət (və ya hər hansı digər içlik), soğan, yumurta, duz, istiot, ədviyyatlar.
Çəkilmiş əti götürün və üzərinə xırda doğranmış soğan əlavə edin. Unutmayın ki, soğan nə qədər çox olsa, çudu bir o qədər ləzzətli olacaq. Orta hesabla, bir çuduya iki yemək qaşığı çəkilmiş ət və yarım orta soğan lazımdır. Soğanlı çəkilmiş ətə duz, ədviyyat və bir az su əlavə edin. Yaxşıca qarışdırın.
Yumurtanın ağını sarısından ayırın. Çəkilmiş əti lavaşın yarı hissəsinə əlavə edin və kənarlarını bərkitmək üçün yumurta ağı ilə fırçalayın. Kenarları birləşdirin və çəngəl dişləri ilə sıxaraq bərkidin. Hazır olmuş çudunun üzərinə yumurtanın sarısını sürtün və əvvəlcədən yağla qızdırılan tavaya qoyun. Hazır olana qədər hər iki tərəfi qızardın.
Lavaşdan hazırlanan pizza
Bu klassik italyan yeməyinin orijinal versiyasıdır. Ləzzətli, ətirli, çox nazik xəmirdə olan pizza eyni zamanda çox tez hazırlanır. Bu pizza sobada ərsəyə gətirilir. Belə bir pizzanın hazırlanmasının əsas sirri onu sobada çox saxlamamaqdır!
İnqrediyentlər: yumru formada nazik lavaş - 2 ədəd, sərt pendir - 100 q, yarım hisə verilmiş kolbasa - 120 q, bolqar bibəri - 40 q, adi soğan - 1 ədəd, pomidor sousu.
Pizzanın yanmaması üçün soba tavasına ikiqat yanmayan kağız qoymaq lazımdır. Kağızı həmçinin günəbaxan yağı ilə də yağlamaq olar. Lavaşın ilk dairəsini soba tavasındakı yanmayan kağızın üzərinə qoyun. Üstünə pendirin üçdə birini incə rəndələyin. Sonra isə ikinci lavaşı üzərinə əlavə edin. Pendir lavaşı möhkəm bir birinə yapışdıracaq və çox tez bişdikdə pizzanın qurumasının qarşısını alacaq.
Lavaşın üzərinə pomidor sousu çəkin və üstünə kolbasa qoyun. Bibər və soğanı incə halqalara doğrayın. Pizza çox qısa müddətə bişiriləcəyi üçün halqalar çox nazik, bir neçə millimetr qalınlığında olmalıdır. Pizzanın üzərinə bibər və soğan səpin. Pendirin qalan üçdə ikisini isə üzərinə rəndələyin. Pizzanı 180 dərəcə qızdırılmış sobada maksimum yeddi dəqiqə bişirin. Pendir bişən kimi onu çıxarın. Masaya təqdim edildiyi zaman barbekü kimi isti sous da əlavə edə bilərsiniz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.