Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan millisi FIFA reytinqində irəliləyib

© Sputnik / Murad OrujovFutbol üzrə Azərbaycan millisi, arxiv şəkli
Futbol üzrə Azərbaycan millisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2023
Abunə olmaq
AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb.
BAKI, 30 noyabr — Sputnik. Azərbaycan millisi FIFA reytinqində ötən ayla müqayisədə 6 pillə irəliləyib.
Ali futbol qurumunun rəsmi saytında yer alan məlumata görə, yığma 114-cü mövqedə qərarlaşıb.
Hazırda baş məşqçisi olmayan komanda 1174.22 xala malikdir. Milli AVRO-2024-ün son matçlarında İsveçə Bakıda 3:0 hesabı ilə qalib gəlib, səfərdə Belçikaya yenilib - 0:5.
Argentina yığması (1855,20) liderliyini qoruyub. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncüdür
Belçika (1798,46) dördüncüdürsə, beşqat dünya çempionu Braziliya (1784,09) beşinci pilləyə düşüb.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.
Xəbər lenti
0