Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın dörd güləşçisi hərbçilər arasında dünya çempionu olub

© Sputnik / Murad OrujovGüləş yarışları, arxiv şəkli
Güləş yarışları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.11.2023
Abunə olmaq
Yarışın ilk gününü Azərbaycan təmsilçiləri 4 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.
BAKI, 29 noyabr — Sputnik. Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb.
70 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu finalda iranlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanın digər təmsilçisi – 65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə isə finalda monqolustanlı rəqibindən üstün olub və dünya çempionu adını qazanıb.
Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnurə Məmmədova (50 kq) gümüş, Nərgiz Səmədova (55 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, təmsilçilərimiz günü 4 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.
11:33
Bu gün Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatına start verilib.
Yarışın ilk günündə 92 kq çəki dərəcəsində Türkiyə və Rusiya güləşçiləri qarşılaşıb.
Bu görüşdə qalib tərəf Rusiya güləşçisi olub.
28.11.23, 16:39
Hərbçilərin dünya çempionatında tanınmış simalar olacaq
Bakıda keçiriləcək Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında rəsmi qonaqlar, o cümlədən dünyanın ən böyük idman təşkilatlarından olan Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyi, yüksək rütbəli hərbçilər və Beynəlxalq idman aləminin tanınmış simaları iştirak edəcəklər. Bu barədə Sərhədçi İdman Mərkəzində keçirilən mətbuat konfransında Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə Vitse-prezidenti Dirk Şvede deyib.
Qeyd olunub ki, dünya çempionatında sərbəst və yunan Roma güləşi üzrə 18 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Braziliya, Albaniya, İtaliya, İsveçrə, İran, Belarus, Rumıniya, Monqolustan, Nigeriya, Əlcəzair, Tunis, İordaniya və Tanzaniya) müxtəlif çəki dərəcələrində 176-sı kişi, 46-sı qadın olmaqla, ümumilikdə 222 idmançının və 12 nəfərdən ibarət Beynəlxalq dərəcəli peşəkar hakim qrupunun yer alacağı bildirilib.
Yarışlarda Rusiya və Belarus idmançılarının hüquqları tam şəkildə təmin ediləcək. Onlar burada digər iştirakçılarla eyni hüquqlara malikdirlər. Qalib gələcəkləri təqdirdə həmin ölkələrin (Rusiya və Belarus) himnləri də çalınacaq.
Xəbər lenti
0