Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan kubokunun 1/8 final görüşü Xankəndidə keçiriləcək

© Photo : APAXankəndi stadionunun şəkli
Xankəndi stadionunun şəkli - Sputnik Azərbaycan, 1920, 26.11.2023
Abunə olmaq
Ağdamın "Qarabağ" klubu ölkə kubokunun 1/8 final görüşünün oyununu məhz işğaldan azad edilmiş şəhərdə keçirəcək.
BAKI, 26 noyabr - Sputnik. “Qarabağ” gələn ay Xankəndiyə səfər edəcək.
Apasport.az saytına verilən məlumata görə, Ağdam klubu ölkə kubokunun 1/8 final görüşünün oyununu məhz işğaldan azad edilmiş şəhərdə keçirəcək.
Bununla əlaqədar Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam edir. “Qarabağ”ın səfər planı artıq tutulub. 1/8 final görüşləri dekabrın 19-21-i arasında keçiriləcək.
Belə ki, Ağdam klubu matçdan bir gün əvvəl səhər saatlarında Heydər Əliyev adına Bakı Hava limanından Füzuli hava limanına uçacaq. Komandanın oyundan bir gün qabaq Şuşada qalacağı gözlənilir.
Matç günü isə komanda Xankəndi Şəhər Stadionuna yollanacaq. Matçdan sonra isə “Qarabağ” Füzuli hava limanına yollanacaq və oradan da Bakıya uçacaq.
Qeyd edək ki, ağdamlıların rəqibi hələ ki, dəqiqləşməyib. İkinci təsnifat mərhələsində MOİK - “Cəbrayıl” görüşündən sonra “Qarabağ”ın rəqibi bəlli olacaq.
Xəbər lenti
0