Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya çempionu olmuş Azərbaycan şahmatçısı Vətənə qayıdıb

© Sputnik / Murad OrujovШахматный турнир памяти Вугара Гашимова Shamkir Chess 2021
Шахматный турнир памяти Вугара Гашимова Shamkir Chess 2021 - Sputnik Azərbaycan, 1920, 25.11.2023
Abunə olmaq
Ayan Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.
BAKI, 25 noyabr - Sputnik. İtaliyada 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qalib olmuş Azərbaycan idmançısı Ayan Allahverdiyeva Vətənə qayıdıb.
Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar.
Qeyd edək ki, A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb (Report).
Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.
Xəbər lenti
0