Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sadır Japarov: "Azərbaycan arasında münasibətlər görünməmiş səviyyəyə çatıb”

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüş zamanı
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüş zamanı - Sputnik Azərbaycan, 1920, 24.11.2023
Abunə olmaq
Danışıqlar zamanı iki ölkə liderləri Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinə dair niyyətlərini təsdiqləyiblər.
BAKI, 24 noyabr — Sputnik. "Son illər Qırğızıstanla Azərbaycan arasında dövlətlərarası münasibətlər misli görünməmiş səviyyəyə çatıb".
Bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
Xatırladıb ki, Prezident İlham Əliyevin ötən ilin oktyabrında Qırğızıstana dövlət səfəri zamanı Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb. Hazırda təşkilati, hüquqi və maliyyə məsələlərinin yekunlaşdırılması istiqamətində işlər aparılır.
Qeyd olunub ki, bu kontekstdə Qırğızıstan Prezidenti səlahiyyətli orqanlara Fondun fəaliyyətinin başlanmasını sürətləndirməyi və hər iki tərəfin maraqlandığı layihələrin icrasına başlamağı təklif edib.
Bildirilir ki, danışıqlar zamanı iki ölkə liderləri Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinə dair niyyətlərini təsdiqləyiblər.
Şavkat Mirziyoyev İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 24.11.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Şavkat Mirziyoyev İlham Əliyevi sammitə dəvət edib
Xəbər lenti
0