Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şavkat Mirziyoyev İlham Əliyevi sammitə dəvət edib

© Official website of President of Azerbaijan Republic Şavkat Mirziyoyev İlham Əliyev
Şavkat Mirziyoyev İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 24.11.2023
Abunə olmaq
Mirziyoyev 2024-cü ilin Özbəkistan-Azərbaycan çoxşaxəli əlaqələrinin intensiv inkişafı ili elan edilməsini də təklif edib.
BAKI, 24 noyabr — Sputnik. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevi 2025-ci ildə ölkəsində keçiriləcək Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının sammitinə fəxri qonaq qismində dəvət edib.
Bunu o, Bakıda Prezident İlham Əliyevlə danışıqlar zamanı deyib.
Qeyd olunub ki, o, Azərbaycan dövlət başçısını 2024-cü ildə Özbəkistana rəsmi səfərə dəvət edib.
Ş.Mirziyoyev 2024-cü ilin Özbəkistan-Azərbaycan çoxşaxəli əlaqələrinin intensiv inkişafı ili elan edilməsini də təklif edib.
Görüş zamanı strateji tərəfdaşlıq səviyyəsində olan iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri, o cümlədən ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrasının gedişatı da müzakirə edilib.
Xəbər lenti
0