Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın xaricə qaz satışı artır - CƏDVƏL

© AFP 2024 / HAIDAR MOHAMMED ALIQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2023
Abunə olmaq
Cari ilin yanvar-oktyabr aylarında Avropaya 9,8 milyard kubmetr, Türkiyəyə 8,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb.
BAKI, 17 noyabr — Sputnik. Cari ilin 10 ay ərzində Azərbaycanda 40,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,7 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 21,8 milyard kubmetri "Şahdəniz"dən, 0,5 milyard kubmetri "Abşeron"dan, 7,1 milyard kubmetri Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.
Bu barədə Energetika Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.
Ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz, yəni 1,6 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 19,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çoxdur. Cari ilin yanvar-oktyabr aylarında Avropaya 9,8 milyard kubmetr, Türkiyəyə 8,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 noyabr 2023-cü il tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 214,1 milyard kubmetr, "Şahdəniz"dən isə 204,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın 144,8 milyard kubmetri ixraca nəql edilib.
Neft hasilatı və ixracı...
2023-cü ilin yanvar-oktyabr ayları üzrə respublikada 25,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 15 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 3,6 milyon tonu (kondensat) "Şahdəniz"in, 0,2 milyon tonu (kondensat) "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 milyon ton təşkil edib.
Hesabat dövründə 21 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 noyabr 2023-cü il tarixinədək 625,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 581,9 milyon ton neft, "Şahdəniz"dən isə 43,8 milyon tona yaxın kondensat çıxarılıb.
Ölkədə neftin emalı 2023-cü ilin yanvar-oktyabr ayları üzrə 5,5 milyon ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ilin 9 ayı ərzində respublikada 36,1 milyard kubmetr təbii qaz hasil edilib.
Bakıda nef tburuğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2023
İQTİSADİYYAT
TANAP ilə nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb
Xəbər lenti
0