https://sputnik.az/20231130/azerbaycan-10-ayda-ne-qeder-neft-qaz-hasil-ve-ixrac-edib-460562667.html
TANAP ilə nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb
TANAP ilə nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb
Sputnik Azərbaycan
Maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə... 30.11.2023, Sputnik Azərbaycan
2023-11-30T12:52+0400
2023-11-30T12:52+0400
2023-11-30T13:00+0400
neft
iqtisadiyyat
energetika naziri pərviz şahbazov
cənubi qafqaz
trans-anadolu boru qaz kəməri
tanap
https://cdnn1.img.sputnik.az/img/41266/80/412668077_0:0:4090:2302_1920x0_80_0_0_e7cdf35f7a797aafc4e9f6ff314f7906.jpg
BAKI, 30 noyabr — Sputnik. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdıran Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə bu ilin noyabrın sonunadək təqribən 55 milyard kubmetr həcmində qaz ötürülüb. Bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1 850 kilometr uzunluğunda olan TANAP Türkiyə ərazisindən keçərək "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır. Maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) birləşir.15.11.23, 11:52Azərbaycan 10 ayda nə qədər neft-qaz hasil və ixrac edib?Bu ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatının həcmi 25,3 milyon ton, ixracı isə 21 milyon ton olub. Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir əlavə edib ki, bu dövrdə 4,2 % artımla hasil edilmiş 40,1 milyard kubmetr təbii qazın isə 19,8 milyard kubmetri ixrac olunub. Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41266/80/412668077_938:0:4058:2340_1920x0_80_0_0_55634ad534f304a10e2272229bfd7cd7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, energetika naziri pərviz şahbazov, cənubi qafqaz, trans-anadolu boru qaz kəməri, tanap
neft, energetika naziri pərviz şahbazov, cənubi qafqaz, trans-anadolu boru qaz kəməri, tanap
TANAP ilə nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb
12:52 30.11.2023 (Yenilənib: 13:00 30.11.2023) Maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) birləşir.
BAKI, 30 noyabr — Sputnik. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdıran Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə bu ilin noyabrın sonunadək təqribən 55 milyard kubmetr həcmində qaz ötürülüb.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.
Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1 850 kilometr uzunluğunda olan TANAP Türkiyə ərazisindən keçərək "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır.
Maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) birləşir.
Azərbaycan 10 ayda nə qədər neft-qaz hasil və ixrac edib?
Bu ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatının həcmi 25,3 milyon ton, ixracı isə 21 milyon ton olub.
Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir əlavə edib ki, bu dövrdə 4,2 % artımla hasil edilmiş 40,1 milyard kubmetr təbii qazın isə 19,8 milyard kubmetri ixrac olunub.
Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.
Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql olunur.