Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Neftçi” klubu “Zenit”in azarkeşləri üçün xüsusi sektor ayıracaq

Neftçi - Sputnik Azərbaycan, 1920, 13.11.2023
Abunə olmaq
"Zenit" azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən klubun müvafiq qurumları ilə əlaqə yaratmalıdırlar.
BAKI, 13 noyabr — Sputnik. "Neftçi" Rusiyanın "Zenit" klubu ilə keçiriləcək yoldaşlıq görüşü zamanı qonaq komandanın azarkeşləri üçün xüsusi sektor ayıracaq.
Bakı klubu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır: "Matça olan marağı nəzərə alaraq, "Neftçi Arena"da keçiriləcək görüşdə Sankt-Peterburq təmsilçisinin azarkeşləri üçün xüsusi sektor ayrılacaq. "Zenit" azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən klubun müvafiq qurumları ilə əlaqə yaratmalıdırlar".
Bundan başqa, "Neftçi" azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda təhlükəsizlik məqsədi ilə "ağ-qaralar"a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin görüşü izləmələri məhdudlaşdırılacaq: "Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq".
Qeyd edək ki, noyabrın 18-də keçiriləcək "Neftçi" – "Zenit" oyunu saat 21:00-da başlayacaq.
Xəbər lenti
0