Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurublar

© AFP 2024 / OLIVIER MORINCüdo yarışı, arxiv şəkli
Cüdo yarışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.11.2023
Abunə olmaq
Avropa Kubokunda Azərbaycan 7 çəki dərəcəsində 32 cüdoçu ilə təmsil olunub.
BAKI, 13 noyabr — Sputnik. Azərbaycan cüdoçuları Macarıstanın Dyor şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunu 4 medalla başa vurublar.
Yığma üzvləri turnirdə 2 gümüş, 2 bürünc medal əldə ediblər.
Bununla cüdoçularımız ümumi hesabda 11-ci, oğlanlar arasında isə 6-cı yeri tutublar.
Qeyd edək ki, Avropa Kubokunda Azərbaycan 7 çəki dərəcəsində 32 cüdoçu ilə təmsil olunub. Emil Səfərov (50 kq) və Kənan Sadıqov (66 kq) gümüş, Əhməd Mehdiyev (73 kq) və Əli Qazıməmmədov (81 kq) isə bürünc mükafata yiyələniblər.
Xəbər lenti
0