https://sputnik.az/20231110/azerbaycan-boksculari-avropa-cempionatinda-mubarize-aparacaqlar-460441752.html
Azərbaycan boksçuları Avropa çempionatında mübarizə aparacaqlar
Azərbaycan boksçuları Avropa çempionatında mübarizə aparacaqlar
Sputnik Azərbaycan
Avropa çempionatının püşkü sabah atılacaq. 10.11.2023, Sputnik Azərbaycan
2023-11-10T23:22+0400
2023-11-10T23:22+0400
2023-11-10T23:22+0400
idman
boksçu
azərbaycan
boks federasiyası
azərbaycan boks federasiyası
avropa çempionatı
https://cdnn1.img.sputnik.az/img/42216/17/422161750_0:160:3073:1888_1920x0_80_0_0_80339d742b0b10dd2d460c06c8b03e67.jpg
BAKI, 10 noyabr - Sputnik. Azərbaycan millisi noyabrın 12-də Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.Boks Federasiyasından verilən məlumata görə, 8 gün davam edəcək yarışda ölkəmizi 16 idmançı təmsil edəcək.Kişilərdən ibarət yığmanın məşqçiləri Elbrus Rzayev və Ravşan Xocayev çempionatda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Əzrək Bəbirov (57 kq), Maqsud Xasmetov (60 kq), Cəlal Qurbanov (63,5 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq), Daniel Xolostenko (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (86 kq), Mirxəyal Məmmədov (92 kq) və Aslan Mövsümova (+92 kq) şans verəcəklər.Qadınlardan ibarət komandanın məşqçisi İlkin Ağayev isə 3 boksçunu sınaqdan keçirəcək. Təmsilçilərimizdən rinqə Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) çıxacaqlar. Budvada hakimlər sırasında həmyerlimiz Elxan Quliyev də yer alacaq.Qeyd edək ki, Avropa çempionatının püşkü sabah atılacaq. Bu gün Monteneqroya yollanan yığmamız noyabrın 20-də Bakıya qayıdacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42216/17/422161750_170:0:2901:2048_1920x0_80_0_0_f53429e0f1b7ef58aa3881aa33ff2b70.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boksçu, azərbaycan, boks federasiyası, azərbaycan boks federasiyası, avropa çempionatı
boksçu, azərbaycan, boks federasiyası, azərbaycan boks federasiyası, avropa çempionatı
Azərbaycan boksçuları Avropa çempionatında mübarizə aparacaqlar
Avropa çempionatının püşkü sabah atılacaq.
BAKI, 10 noyabr - Sputnik. Azərbaycan millisi noyabrın 12-də Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.
Boks Federasiyasından verilən məlumata görə, 8 gün davam edəcək yarışda ölkəmizi 16 idmançı təmsil edəcək.
Kişilərdən ibarət yığmanın məşqçiləri Elbrus Rzayev və Ravşan Xocayev çempionatda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Əzrək Bəbirov (57 kq), Maqsud Xasmetov (60 kq), Cəlal Qurbanov (63,5 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq), Daniel Xolostenko (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (86 kq), Mirxəyal Məmmədov (92 kq) və Aslan Mövsümova (+92 kq) şans verəcəklər.
Qadınlardan ibarət komandanın məşqçisi İlkin Ağayev isə 3 boksçunu sınaqdan keçirəcək. Təmsilçilərimizdən rinqə Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) çıxacaqlar. Budvada hakimlər sırasında həmyerlimiz Elxan Quliyev də yer alacaq.
Qeyd edək ki, Avropa çempionatının püşkü sabah atılacaq. Bu gün Monteneqroya yollanan yığmamız noyabrın 20-də Bakıya qayıdacaq.