Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya Federasiyası Baş nazirinin müavini Aİİ məkanına ümumi baxış barədə

© Sputnik / Murad OrujovOverçuk
Overçuk - Sputnik Azərbaycan, 1920, 08.11.2023
Abunə olmaq
Overçuk bildirib ki, Rusiya iqtisadiyyatı ilə birlikdə Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərini saxlayan dövlətlərin iqtisadiyyatı da böyüyür.
BAKI, 8 noyabr - Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) məkanında Şimali Avrasiyanın inkişafı üçün ümumi baxış formalaşır, burada ölkələr bir-birinə hörmət edir və qərarlar konsensus əsasında qəbul edilir. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Bu gün biz Aİİ ölkələri ilə birlikdə ərzaq və enerji təhlükəsizliyini təmin edir, texnologiyanın inkişafını stimullaşdırır, mallar, xidmətlər, kapital və işçi qüvvəsi üçün maneəsiz bazarları inkişaf etdiririk.Biz mal ticarətinin 90%-ni milli valyutalarda həyata keçiririk. Biz gələcək inkişaf üçün bütün lazımi təbii ehtiyatlarla təmin olunmuşuq”, - deyə Overçuk vurğulayıb.
O, Özbəkistanda keçirilən Verona Avrasiya İqtisadi Forumunda çıxışında qeyd edib ki, Rusiya iqtisadiyyatı ilə yanaşı, Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərini saxlayan dövlətlərin də iqtisadiyyatı inkişaf edir.
Xatırladaq ki, ötən həftə Səmərqənddə XVI Verona Avrasiya İqtisadi Forumu keçirilib. Forum onlarla ölkənin biznes nümayəndələri, maliyyə institutları, siyasi və ictimai xadimlər, diplomatlar arasında əlaqələrin qurulmasına şərait yaratmaq məqsədi daşıyır.
Verona Avrasiya İqtisadi Forumu 2007-ci ildən İtaliyada keçirilir. 2022-ci ildə tədbirə ev sahibliyi edən ölkə Azərbaycan olub.
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 08.11.2023
RUSİYA
Putin: Avrasiyada vahid sülh, sabitlik və rifah məkanı yaratmaq vacibdir
Xəbər lenti
0