https://sputnik.az/20231108/putin-avrasiyada-vahid-sulh-sabitlik-ve-rifah-mekani-yaratmaq-vacibdir-460394072.html
Putin: Avrasiyada vahid sülh, sabitlik və rifah məkanı yaratmaq vacibdir
Putin: Avrasiyada vahid sülh, sabitlik və rifah məkanı yaratmaq vacibdir
Sputnik Azərbaycan
MDB nəhəng Avrasiya məkanında sülhün və sabitliyin qorunmasının ayrılmaz elementi kimi qiymətləndirilir. 08.11.2023, Sputnik Azərbaycan
2023-11-08T17:42+0400
2023-11-08T17:42+0400
2023-11-08T18:05+0400
putin
rusiya
aii
mdb
avrasiya
məkan
şət
avrasiya iqtisadi ittifaqı
şanxay əməkdaşlıq təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/12/459718226_0:0:3067:1725_1920x0_80_0_0_887a7e1169261cb098b8f13b35fe9e63.jpg
BAKI, 8 noyabr - Sputnik. Avrasiyada vahid sülh, sabitlik və firavanlıq məkanının yaradılması beynəlxalq hüququn prioritetinə əsaslanan yeni, daha ədalətli dünya nizamının formalaşdırılması prosesinin bir hissəsidir, Rusiya prezidenti Vladimir Putin “Kazakhstanskaya Pravda” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, iqtisadi sabitlik baxımından, təbii ki, əsas rol Avrasiya İqtisadi İttifaqına verilir. Onun çərçivəsində üzv dövlətlərin iqtisadiyyatlarının davamlı inkişafı, onların hərtərəfli modernləşdirilməsi və qlobal miqyasda rəqabət qabiliyyətinin artırılması üçün şərait yaradılır. Putin qeyd edib ki, indiki çətin geosiyasi şəraitdə texnoloji suverenliyin təmin edilməsi, müstəqil maliyyə infrastrukturunun yaradılması və qarşılıqlı ödənişlərdə milli valyutaların payının artırılması diqqət mərkəzindədir. Onun sözlərinə görə, Rusiyanın 26 ölkənin daxil olduğu ŞƏT-dən də xüsusi gözləntiləri var, çünki bu struktur güclü birləşmiş siyasi və iqtisadi potensiala malikdir və onun coğrafi ərazisi Cənubi və Cənub-Şərqi Asiyadan Yaxın Şərq və Avropaya qədər uzanır. O, həmçinin hesab edir ki, digər çox təmsil olunan regional format - Müstəqil Dövlətlər Birliyi geniş Avrasiya məkanında sülhün və sabitliyin qorunmasının ayrılmaz elementi kimi qəbul edilir. Dövlət başçısı xatırladıb ki, 2024-cü il yanvarın 1-dən MDB-nin sədri Rusiya olacaq. “Əsas prioritetlərimiz arasında iqtisadi qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi, təhlükəsizlik və hüquq-mühafizə sahəsində təmaslar, Avrasiya inteqrasiya proseslərinin əlaqələndirilməsi daxildir”, - Putin əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/12/459718226_159:0:2888:2047_1920x0_80_0_0_6c1d712939f1607d4252d66405000342.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, aii, mdb, avrasiya, məkan, şət, avrasiya iqtisadi ittifaqı, şanxay əməkdaşlıq təşkilatı
putin, aii, mdb, avrasiya, məkan, şət, avrasiya iqtisadi ittifaqı, şanxay əməkdaşlıq təşkilatı
Putin: Avrasiyada vahid sülh, sabitlik və rifah məkanı yaratmaq vacibdir
17:42 08.11.2023 (Yenilənib: 18:05 08.11.2023) MDB nəhəng Avrasiya məkanında sülhün və sabitliyin qorunmasının ayrılmaz elementi kimi qiymətləndirilir.
BAKI, 8 noyabr - Sputnik. Avrasiyada vahid sülh, sabitlik və firavanlıq məkanının yaradılması beynəlxalq hüququn prioritetinə əsaslanan yeni, daha ədalətli dünya nizamının formalaşdırılması prosesinin bir hissəsidir, Rusiya prezidenti Vladimir Putin “Kazakhstanskaya Pravda” qəzetinə müsahibəsində deyib.
“Biz bu məqsədə çatmaqda mühüm addım hesab edirik ki, ilk növbədə Avrasiya İqtisadi İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatına arxalanaraq, regiondakı bütün dövlətlərin və çoxtərəfli birliklərin potensialını birləşdirərək geniş inteqrasiya çərçivəsinin – böyük Avrasiya tərəfdaşlığının yaradılmasıdır”, - Rusiya lideri qeyd edib.
Onun sözlərinə görə, iqtisadi sabitlik baxımından, təbii ki, əsas rol Avrasiya İqtisadi İttifaqına verilir. Onun çərçivəsində üzv dövlətlərin iqtisadiyyatlarının davamlı inkişafı, onların hərtərəfli modernləşdirilməsi və qlobal miqyasda rəqabət qabiliyyətinin artırılması üçün şərait yaradılır.
Putin qeyd edib ki, indiki çətin geosiyasi şəraitdə texnoloji suverenliyin təmin edilməsi, müstəqil maliyyə infrastrukturunun yaradılması və qarşılıqlı ödənişlərdə milli valyutaların payının artırılması diqqət mərkəzindədir.
Onun sözlərinə görə, Rusiyanın 26 ölkənin daxil olduğu ŞƏT-dən də xüsusi gözləntiləri var, çünki bu struktur güclü birləşmiş siyasi və iqtisadi potensiala malikdir və onun coğrafi ərazisi Cənubi və Cənub-Şərqi Asiyadan Yaxın Şərq və Avropaya qədər uzanır.
“ŞƏT-in cəlbediciliyi onun yaradılmasına və şaxələndirilmiş əməkdaşlığa, maraqların qarşılıqlı nəzərə alınmasına, bərabərliyə, açıqlığa, mədəni və sivilizasiya müxtəlifliyinə hörmətə yönəlməsindədir”, - Putin qeyd edib.
O, həmçinin hesab edir ki, digər çox təmsil olunan regional format - Müstəqil Dövlətlər Birliyi geniş Avrasiya məkanında sülhün və sabitliyin qorunmasının ayrılmaz elementi kimi qəbul edilir.
Dövlət başçısı xatırladıb ki, 2024-cü il yanvarın 1-dən MDB-nin sədri Rusiya olacaq.
“Əsas prioritetlərimiz arasında iqtisadi qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi, təhlükəsizlik və hüquq-mühafizə sahəsində təmaslar, Avrasiya inteqrasiya proseslərinin əlaqələndirilməsi daxildir”, - Putin əlavə edib.