Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakı şəhər birinciliyində 800-ə yaxın cüdoçu mübarizə aparacaq

© AFP 2023 / Getty Images/Patrick Smithcüdo
cüdo - Sputnik Azərbaycan, 1920, 06.11.2023
Abunə olmaq
Turnirin əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
BAKI, 6 noyabr — Sputnik. Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 yaşadək yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək.
ACF-dən verilən məlumata görə, noyabrın 7-9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olacaq. Turnirdə Bakının 66 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 795 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Turnirin əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Qeyd edək ki, Bakı şəhər birinciliyi müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.
Xəbər lenti
0