https://sputnik.az/20231105/sputnik-azerbaycan-in-askar-etdiyi-yasil-soyqrim-fakti--ile-bagli-senedler-prokurorluqda-460270537.html
Sputnik Azərbaycan-ın aşkar etdiyi "yaşıl soyqrım" faktı ilə bağlı sənədlər prokurorluqda
Sputnik Azərbaycan-ın aşkar etdiyi "yaşıl soyqrım" faktı ilə bağlı sənədlər prokurorluqda
Sputnik Azərbaycan
Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi də təsdiqləyib ki, ağacların kəsilməsi ilə bağlı toplanmış materiallar hüququ qiymət verilməsi üçün... 05.11.2023, Sputnik Azərbaycan
2023-11-05T09:29+0400
2023-11-05T09:29+0400
2023-11-05T21:22+0400
ağac
paytaxt xəbərləri
xətai
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1e/460086554_128:0:1152:576_1920x0_80_0_0_5d211575bf73d788115906a47be78673.jpg
BAKI, 5 noyabr — Sputnik. Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 70 ünvanında tikinti məqsədilə hasarlanmış ərazidə ağacların çıxarılması faktı ilə bağlı məsələyə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev də KİV-ə açıqlamasında bildirib ki, sözügedən ərazidə 5 ədəd ağac kök və torpaq hissəsi ilə birgə yerindən götürüldüyündən ağacların növünü müəyyən etmək mümkün olmayıb. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına yönləndirilib. Hazırda fakt üzrə araşdırmalar aparılır. Xatırladaq ki, Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 70 ünvanında ağacların gecə vaxtı kəsilib yük maşınına yüklənilərək ərazidən daşındığı barədə oktyabrın 27-i Sputnik Azərbaycan-a ərazidə yaşayan sakinlər məlumat verib. Sakinlər bildirib ki, gecə saat 02:45 radələrində Məhəmməd Hadi 70 ünvanında yaşıllıq ərazisi hasarlanıb, orada olan bir neçə ağac kəsilib. Daha sonra ərazi hasara alınaraq tikinti işləri aparmaq üçün oraya tikinti materialları daşınıb. Bundan sonra Sputnik Azərbaycan-ın sorğusuna əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri sözügedən ünvana baxış keçiriblər. Orada beş ədəd ağacın kökündən çıxardıldığı faktı öz təsdiqini tapıb.Onu da qeyd edək ki, faktla bağlı dəfələrlə Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq məlumat versək də, hələ ki, rəsmi cavab verilməyib.Hadisə aşkar edildikdən sonra sözügedən faktla bağlı məlumatlar digər kütləvi informasiya vasitələrində də dərc olunub və işıqlandırılıb. Xatırladaq ki, Prezident İlham Əliyev ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu öz çıxışlarında dəfələrlə bildirib. Dövlətimizin başçısı bu cür hallara qarşı daim ciddi tədbirlərin görülməsini, buna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini tapşırıb: Ətraf mühitin qorunmasından danışan Prezident bir neçə il bundan əvvəl Azərbaycanda "Ekologiya ili"nin elan edildiyini yada salıb:"Xatırlayıram, o vaxt biz "Ekologiya ili"ndə görülən işləri müzakirə edərkən mən demişdim ki, "Ekologiya ili" hər il olmalıdır. Çünki ətraf mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir". Ölkə başçısı ağacları kəsənlərə qarşı daha ciddi tədbir görülməsindən ötrü aidiyyəti qurumlara səslənərək son xəbərdarlığını edib: "Aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz".
https://sputnik.az/20231030/tikinti-ucun-hasarlanan-erazide-bes-agac-kokunden-cixarilib---erazinin-sahibi-ise-tapilmir-460086263.html
https://sputnik.az/20231027/bakida-tikinti-meqsedile-bu-erazide-agaclar-gece-ile-kesilerek-dasindi-foto-video-460021615.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1e/460086554_256:0:1024:576_1920x0_80_0_0_c998a98dbe9714df03b02502e3b1f606.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ağac, xətai, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
ağac, xətai, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
Sputnik Azərbaycan-ın aşkar etdiyi "yaşıl soyqrım" faktı ilə bağlı sənədlər prokurorluqda
09:29 05.11.2023 (Yenilənib: 21:22 05.11.2023) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi də təsdiqləyib ki, ağacların kəsilməsi ilə bağlı toplanmış materiallar hüququ qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına yönləndirilib.
BAKI, 5 noyabr — Sputnik. Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 70 ünvanında tikinti məqsədilə hasarlanmış ərazidə ağacların çıxarılması faktı ilə bağlı məsələyə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev də KİV-ə açıqlamasında bildirib ki, sözügedən ərazidə 5 ədəd ağac kök və torpaq hissəsi ilə birgə yerindən götürüldüyündən ağacların növünü müəyyən etmək mümkün olmayıb. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına yönləndirilib. Hazırda fakt üzrə araşdırmalar aparılır.
Xatırladaq ki, Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 70 ünvanında ağacların gecə vaxtı kəsilib yük maşınına yüklənilərək ərazidən daşındığı barədə oktyabrın 27-i Sputnik Azərbaycan-a ərazidə yaşayan sakinlər məlumat verib.
Sakinlər bildirib ki, gecə saat 02:45 radələrində Məhəmməd Hadi 70 ünvanında yaşıllıq ərazisi hasarlanıb, orada olan bir neçə ağac kəsilib. Daha sonra ərazi hasara alınaraq tikinti işləri aparmaq üçün oraya tikinti materialları daşınıb. Bundan sonra Sputnik Azərbaycan-ın sorğusuna əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri sözügedən ünvana baxış keçiriblər. Orada beş ədəd ağacın kökündən çıxardıldığı faktı öz təsdiqini tapıb.
Onu da qeyd edək ki, faktla bağlı dəfələrlə Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq məlumat versək də, hələ ki, rəsmi cavab verilməyib.
Hadisə aşkar edildikdən sonra sözügedən faktla bağlı məlumatlar digər kütləvi informasiya vasitələrində də dərc olunub və işıqlandırılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu öz çıxışlarında dəfələrlə bildirib. Dövlətimizin başçısı bu cür hallara qarşı daim ciddi tədbirlərin görülməsini, buna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini tapşırıb:
"Ağacəkmə kampaniyası çərçivəsində on milyondan çox ağac əkilib və bu proses davam etdirilir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir".
Ətraf mühitin qorunmasından danışan Prezident bir neçə il bundan əvvəl Azərbaycanda "Ekologiya ili"nin elan edildiyini yada salıb:
"Xatırlayıram, o vaxt biz "Ekologiya ili"ndə görülən işləri müzakirə edərkən mən demişdim ki, "Ekologiya ili" hər il olmalıdır. Çünki ətraf mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir". Ölkə başçısı ağacları kəsənlərə qarşı daha ciddi tədbir görülməsindən ötrü aidiyyəti qurumlara səslənərək son xəbərdarlığını edib: "Aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz".