Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda tikinti məqsədilə bu ərazidə ağaclar gecə ilə kəsilərək daşındı-Foto-Video

© SputnikBakıda tikinti məqsədilə bu ərazidə ağaclar gecə ilə kəsilərək daşındı
Bakıda tikinti məqsədilə bu ərazidə ağaclar gecə ilə kəsilərək daşındı - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
Daha sonra ərazi hasara alınaraq tikinti işləri aparmaq üçün oraya tikinti materialları daşınıb.
BAKI, 27 oktyabr — Sputnik. Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 70 ünvanında ağaclar gecə ilə kəsilərək yük maşınlarına yüklənilərək ərazidən daşınıb. Bu barədə Sputnik Azərbaycan-a ərazidə yaşayan sakinlər məlumat verib.
Sakinlər bildirib ki, bu gecə saat 02:45 radələrində Məhəmməd Hadi 70 ünvanında yaşıllıq ərazisi hasarlanıb, orada olan üç ədəd ağac kəsilib. Daha sonra ərazi hasara alınaraq tikinti işləri aparmaq üçün oraya tikinti materialları daşınıb.
Sputnik Azərbaycan hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxlayıb.
Əvvəlcə ağacların kəsildiyi ərazinin qapısının bağlı olduğu bildirilsə də, sakinlər orada hazırda hasarların yenilənməsini əks etdirən görüntüləri çəkib saytımıza göndərdikdən sonra Nazirliyin əməkdaşları əraziyə təhkim olunub.
Sputnik Azərbaycan sözügedən ünvanda ağacların kəsilməsi faktını diqqətdə saxlayır. Nazirlikdən bildirilib ki, fakt hazırda araşdırılır.
© SputnikBakıda tikinti məqsədilə bu ərazidə ağaclar gecə ilə kəsilərək daşındı-
Bakıda tikinti məqsədilə bu ərazidə ağaclar gecə ilə kəsilərək daşındı- - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Bakıda tikinti məqsədilə bu ərazidə ağaclar gecə ilə kəsilərək daşındı-
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0