Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gələn il dövlət büdcəsindən cəmi 7 rayona maliyyə yardımı ayrılacaq - CƏDVƏL

© Sputnik / Murad Orujov / Mediabanka keçidManat, arxiv şəkli
Manat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.11.2023
Abunə olmaq
Deputat deyir ki, son illər hər il dövlət büdcəsindən pul alan rayonların sayı azalır. Gələn il büdcədən vəsait alacaq 7 rayonun altısı Qarabağ və Şərqi Zəngəzirda yerləşir.
BAKI, 5 noyabr — Sputnik. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 7 rayona maliyyə vəsaiti ayrılacaq.
Layihəyə görə, 2024-cü ildə Azərbaycan Respublikasının şəhər və rayonlarından 58-i (Lerik rayonu əlavə olunmaqla) xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcəklər.
Qalan 7 rayona yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 9,3 milyon manat maliyyə yardımının (dotasiyanın) ayrılması nəzərdə tutulur. Bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 3,0 milyon manat və ya 24,0 faiz az, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 22,8 milyon manat və ya 70,9 faiz azdır.
Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, gələn il dövlət büdcəsindən cəmi 7 rayona vəsait ayrılacaq. Bu il büdcədən dəstək alan Lerik rayonu gələn il öz gəlirləri hesabına dolanmalıdır:

"Bu, o deməkdir ki, növbəti il 58 rayon və şəhər yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq və özünü maliyyələşdirmə prinsipi ilə işləyəcək. Son illər hər il əvvəlki ilə nisbətən dövlət büdcəsindən pul alan rayonların sayı azalır".

O bildirib ki, layihəyə əsasən, gələn ilin dövlət büdcəsindən Cəbrayıl 1 milyon 214 min manat, Xocavənd 1 milyon 229 min manat, Xocalı 1 milyon 73 min manat, Kəlbəcər 1 milyon 945 min manat, Laçın 1 milyon 401 min manat, Yardımlı 1 milyon 863 min manat və Zəngilan 623 min manat gələn il dövlət büdcəsindən vəsait ala biləcəklər. Bu rayonlarımız büdcədən 9 milyon 348 min manat alacaqlar. Bu il bu rəqəm 12 milyon 306 min manat idi. Bütün rayonlar üzrə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi gələn il azaldılacaq.
Deputat qeyd edib ki, gələn il büdcədən vəsait alacaq 7 rayonun altısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir:
"İşğaldan azad olunan ərazilərimizdən kənarda sadəcə Yardımlı rayonu dövlət büdcəsindən dəstək ala biləcək. Özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırlması baxımdan vacibdir".

"Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, həmin rayonlara daha çox sərmayə cəlbinin təşviq edilməsi çox vacibdir", - deyə deputat əlavə edib.

Qeyd edək ki, "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi parlamentin müzakirəsinə təqdim edilib.
Qanun layihəsinə görə, 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 34,1 milyard manat, xərclərinin isə 36,7 milyard manat təşkil edəcəyi gözlənilir.
Azərbaycan manatı - Sputnik Azərbaycan, 1920, 19.10.2023
İQTİSADİYYAT
Azərbaycanda büdcə kəsirinin ÜDM-yə nisbətinin enəcəyi proqnozlaşdırılır
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0