https://sputnik.az/20231019/azerbaycanda-budce-kesirinin-udm-ye-nisbeti-eneceyi-proqnozlasdirilir-459747405.html
Azərbaycanda büdcə kəsirinin ÜDM-yə nisbətinin enəcəyi proqnozlaşdırılır
Azərbaycanda büdcə kəsirinin ÜDM-yə nisbətinin enəcəyi proqnozlaşdırılır
Sputnik Azərbaycan
Dövlət büdcəsinin kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə... 19.10.2023, Sputnik Azərbaycan
2023-10-19T13:14+0400
2023-10-19T13:14+0400
2023-10-19T14:03+0400
üdm
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_0:102:2000:1227_1920x0_80_0_0_5b2394a43c94e1d49e5dc8994fc4a2f9.jpg
BAKI, 19 oktyabr — Sputnik. Azərbaycanda dövlət büdcəsinin kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbətinin 2024-cü ildə 2,2 %-ə, 2027-ci ildə isə 1,9 %-ə enməsi proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir. Sənədə əsasən, 2024-cü ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 2 milyard 590 milyon manat, 2025-ci ildə - 2 milyard 891,5 milyon manat, 2026-cı ildə - 2 milyard 379,8 milyon manat, 2027-ci ildə isə - 2 milyard 589,8 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. 2024-cü ildə kəsirin maliyyələşmə mənbəyi olaraq xarici və daxili borclanmanın payının 62,2 %, ortamüddətli dövrün sonunda isə 42,5 % təşkil edəcəyi gözlənilir. Eyni zamanda, gələn ildə imzalanmış layihələr üzrə cəlb edilən kreditlərin büdcə kəsirinin maliyyələşdirilməsində payının 9,4 %-ə artacağı, dövrün sonuna isə 46,3 %-ə çatacağı proqnozlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_114:0:1887:1330_1920x0_80_0_0_9ac6f450a381a7b7e32c2a4fe5eb6845.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
üdm
Azərbaycanda büdcə kəsirinin ÜDM-yə nisbətinin enəcəyi proqnozlaşdırılır
13:14 19.10.2023 (Yenilənib: 14:03 19.10.2023) Dövlət büdcəsinin kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
BAKI, 19 oktyabr — Sputnik. Azərbaycanda dövlət büdcəsinin kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbətinin 2024-cü ildə 2,2 %-ə, 2027-ci ildə isə 1,9 %-ə enməsi proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, 2024-cü ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 2 milyard 590 milyon manat, 2025-ci ildə - 2 milyard 891,5 milyon manat, 2026-cı ildə - 2 milyard 379,8 milyon manat, 2027-ci ildə isə - 2 milyard 589,8 milyon manat məbləğində proqnozlaşdırılır.
Dövlət büdcəsinin kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
2024-cü ildə kəsirin maliyyələşmə mənbəyi olaraq xarici və daxili borclanmanın payının 62,2 %, ortamüddətli dövrün sonunda isə 42,5 % təşkil edəcəyi gözlənilir. Eyni zamanda, gələn ildə imzalanmış layihələr üzrə cəlb edilən kreditlərin büdcə kəsirinin maliyyələşdirilməsində payının 9,4 %-ə artacağı, dövrün sonuna isə 46,3 %-ə çatacağı proqnozlaşdırılır.